Dünyanın məşhur müsəlman alimlərindən biri
Digərləri 26 Yan 2023 22:20:00 404 0
İslam dünyasının coğrafiya elminin inkişafında böyük rol oynayan məşhur coğrafiyaşünas alimlərindən biri də Əhməd ibn Məciddir.
Bu xəbəri də oxu: Məhkəmə Saakaşvili ilə bağlı qərar verdi
Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin 7 bölgəsindən biri olan Oman o dövrdə dənizçilik mərkəzlərindən biri kimi tanınırdı. Əhməd ibn Məcidin atası məşhur dəniz səyyahı idi və o, Avropa ilə Hindistan arasında üzən gəmilərdə bələdçi funksiyasını həyata keçirirdi. Gələcək məşhur dəniz səyyahının atası dənizçilik üzrə mahir bilicilərdən hesab edilirdi və o, dənizdə heç bir alət olmadan istiqaməti asanlıqla və olduqca dəqiqliklə müəyyən edə bilirdi. Belə bir ailədə böyüyən Əhməd qısa müddətdə atasının dənizçilik peşəsini dərindən mənimsədi və 17 yaşı olanda, o artıq atası kimi dənizdə istiqaməti asanlıqla müəyyən edə bilirdi. Qısa müddətdə atasından daha zəngin bilik əldə edən Əhməd ibn Məcid bütün bölgədə məşhurlaşdı. Ona Hindistana, Çinə, İndoneziyaya və Uzaq Şərqə üzən gəmilərə bələdçilik etmək tapşırılırdı və o bu işin öhdəsindən asanlıqla gəlir, gəmiləri sağ-salamat mənzilbaşına çatdırırdı. Eyni zamanda dənizçilik elmini də dərindən öyrənən məşhur coğrafiyaşünas alim bu sahə üzrə çoxsaylı elmi kitablar yazdı.
Tam adı Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin olan gələcəyin məşhur dəniz səyyahı və alimi uşaq yaşlarından atasından və babasından dini və riyazi, coğrafi elmləri öyrəndi. Kiçik yaşlarından atası ilə bir yerdə dənizçilər arasında olan Əhməd ibn Məcid onlardan bu sahənin dərindən öyrəndi. Eyni zamanda atasının tövsiyəsi ilə o dövrdə dənizçi lik sahəsində çoxsaylı alimlərin əsərlərini öyrənən Əhməd ibn Məcid praktikada əldə etdiyi nəzəri biliklərini bir araya gətirərək biliklərini daha da zənginləşdirdi.
Vasko da Qamaya bələdçilik etdi
Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb. Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava'dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var. Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı "Kitab-əl Favaid" (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib. Ən önəmlisi məşhur coğrafiyaşünas alim və dəniz səyyahı əsərlərində özündən əvvəlki alimlərin bu sahədə yazdıqlarına istinad edərək, onlar barədə də geniş məlumat verməsidir. Qeyd edək ki, Vasko da Qamaya Əhməd ibn Məcidin kömək etməsi və onun gəmilərini sağ-salamat Hindistana çatdırması alimin şöhrətini daha da artırdı. Bu barədə məşhur alimin qeyd kitabında məlumat var. Amma bunu şübhə altına alanlar da var. Belə bir fikir vurğulanır ki, Vasko da Qamanın gəmiçilik jurnalında Əhməd ibn Məcidin onlara bələdçilik etməsi barədə heç nə yazılmayıb. Ancaq bu da təbiidir. O dövrdə gəmi jurnalında əsasən gəmi heyəti, dənizdə istiqamət, gedəcəkləri, olduqları yerlər, dənizdə baş verən hansısa hadisələr barədə məlumat verilirdi. Vasko da Qamanın bələdçi barədə jurnalda bəhs etməməsi də bu səbəbdən ola bilər. Ancaq araşdırmaçıların böyük əksəriyyəti Əhməd ibn Məcidin Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları Hindistana aparması və sonra da geriyə Ras əl-Haym limanına qaytarmasının həqiqət olduğunu qeyd edirlər. Əhməd ibn Məcidin Vasko da Qamaya bələdçilik etməsi barədə ilk dəfə onun ölümündən 50 il sonra Osmanlı tarixçisi Qütb əl-Dinin kitabında qeyd edilib.
Dənizçiliyə aid 40-dan artıq əsər yazıb
Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid balansını poz
İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, m�
Cinsi yolla keçən xəstəliklər, infeksiyaların insanı necə, hardan və ki
Ev şəraitində ürəkdə problem olub-olmamasını yoxlamaq mümkündür. Bunu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos
Sosial şəbəkələrdə Əməkdar artist Aygün Bəylərin səhhətinin yaxşı
Rəcəb ayının on üçü idi. Məkkə şəhəri ikinci sevincini yaşamağa ha
Avropa İttifaqı (Aİ) Rusiya dizel yanacağının bir barelinə 100 dollar qiy
Bu kainatı bir ağac hesab eləsək, onun meyvəsi insandır. Bir ağacda hər
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3
"Virus infeksiyalarından qorunma tədbirləri ciddi olaraq fərqlənmir&qu
"Vaxtilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaranand
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustavayev erməni saxtakarlığı
Depressiya, apatiyadan dərmansız xilas olmaq üçün insandan planlı hərək�