Bakıdan ilk bu universitetlər KÖÇÜRÜLƏCƏK
Digərləri 31 Yan 2025 12:26:00 75 0
Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır.
Bu xəbəri də oxu: İsmayllıda zəlzələ oldu
Maraqlıdır, ilk hansı universitetlər köçürülə bilər? Bu proses üçün hansı ərazilər uyğundur?
Son.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Bakı şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisələrinin şəhərətrafına köçürülməsi ilə bağlı qərar nəqliyyat sıxlığının azaldılması və şəhər infrastrukturunun optimallaşdırılması baxımından mühüm addım ola bilər:
"Hazırda şəhər daxilində fəaliyyət göstərən universitetlərin böyük bir hissəsi əsas yolların, mərkəzi prospektlərin və sıx nəqliyyat axınının olduğu bölgələrdə yerləşir ki, bu da həm tələbələrin hərəkətini çətinləşdirir, həm də ümumi yol-nəqliyyat sisteminə əlavə yük yaradır".
Onun sözlərinə görə, ilk mərhələdə 5 universitet köçürülə bilər:
"Bunlar arasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ali təhsil müəssisələri əsas namizədlər hesab oluna bilər. Bu universitetlər şəhərin mərkəzində və əsas magistral yolların üzərində yerləşir. BDU və AzTU Yasamal rayonunda, ADU və AzMİU Nəsimi rayonunda, ADNSU isə Nərimanov rayonunda yerləşərək şəhərin mərkəzi hissəsində tələbə axınına səbəb olur. Bu universitetlərin köçürülməsi şəhərin nəqliyyat yüklənməsini əhəmiyyətli dərəcədə azalda bilər".
Ekspert qeyd edib ki, şəhərətrafı dedikdə, universitetlərin köçürülməsi üçün bir neçə uyğun ərazi nəzərdən keçirilə bilər:
"Məsələn, Xırdalan, Sumqayıt, Masazır, Hövsan, Qaradağ və Pirallahı rayonları yeni universitet şəhərciklərinin yaradılması üçün uyğun ola bilər. Xırdalan və Masazır Bakı şəhərinə yaxın olduğuna görə, tələbələr üçün məqbul bir variant ola bilər. Sumqayıt isə artıq sənaye və texniki ixtisaslar üzrə bir neçə universitet və ali təhsil mərkəzinə ev sahibliyi edir, ona görə də burada yeni təhsil kampuslarının yaradılması mümkündür.
Hövsan və Qaradağ isə şəhər nəqliyyatına az təsir edən və geniş torpaq sahələrinə malik ərazilərdir. Əgər bu bölgələrdə yeni universitet şəhərcikləri tikilərsə, həm tələbələrin rahatlığı, həm də nəqliyyat axınının bölüşdürülməsi baxımından daha əlverişli nəticələr əldə edilə bilər. Digər tərəfdən, Pirallahı adası da inkişaf etdirilə biləcək potensial ərazilərdən biridir. Hazırda burada genişmiqyaslı şəhərsalma layihələri həyata keçirilir və universitetlər üçün yeni kampusların yaradılması nəzərdən keçirilə bilər".
Amerika həmişə qlobal siyasətdə mütləq lider olduğunu düşünməyə və
Fransa ilə Türkiyə arasında Türkiyəyə 100 kilometr mənzilli Meteor raket
Dövlət İmtahan Mərkəzi (DİM) 19 yanvar 2025-ci il tarixində keçirilmiş
Ötən ilin yayında Nərimanovda "Metro Park"ın qarşısında baş v
Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (
Daxili İşlər Nazirliyi son vaxtlar artan kiberoğurluq və kiberdələduzluq
Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq "Qı
Onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberd
Azərbaycanda yanvarın sonuna olan məlumata görə, unun topdansatış qiymət
Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.01.2025-c
"Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycan
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi il
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti uc