Ərdoğan 3 ildir bu qərarı imzalamır: Türklər onu gözləyir
Digərləri 31 Yan 2025 12:59:00 72 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən planlaşdırılan Sefaköy-Beylikdüzü metro xətti layihəsini təsdiqləməyib.
Bu xəbəri də oxu: Elektrik mühərrikli 1000dək avtobus alınacaq
Son.az türk mediasına istinadla xəbər verir ki, Sefaköy-Beylikdüzü (TÜYAP) Metro xətti üçün 2021-ci ildən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən marşrut, fizibilite və layihə işləri tamamlanıb və müvafiq qurumlara müraciətlər edilib.
Sonradan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Yaşıl Şəhər Fəaliyyət Planı (GCAP) memorandumu imzalanıb. 19 iyul 2022-ci il tarixində yekun layihələr və xəttin texniki-iqtisadi əsaslandırılması Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən təsdiq edilib.
Lakin 5 sentyabr 2022-ci il tarixində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) Hesabatı qəbul edildikdən sonra 2025-ci ilə qədər 6 dəfə Dövlət İnvestisiya Proqramına daxil olmaq üçün müraciət edilsə də, heç birinə müsbət cavab verilməyib.
İBB bölgənin bir çox yerində "prezident imzası"nı gözləyən proseslə bağlı plakatlar yerləşdirib. Vətəndaşlar hazırki vəziyyətlə bağlı şikayətlərini dilə gətiriblər.Onlar bu qərarın təsdiqi uzanarsa tıxacların artacağını bildiriblər.
Fidan Son.az
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "sadələşdirilmi�
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi
"Oskar" mükafatına namizəd filmin iranlı aktrisasının ölkədən
Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.
Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəq
Amerika həmişə qlobal siyasətdə mütləq lider olduğunu düşünməyə və
Fransa ilə Türkiyə arasında Türkiyəyə 100 kilometr mənzilli Meteor raket
Dövlət İmtahan Mərkəzi (DİM) 19 yanvar 2025-ci il tarixində keçirilmiş
Ötən ilin yayında Nərimanovda "Metro Park"ın qarşısında baş v
Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (
Daxili İşlər Nazirliyi son vaxtlar artan kiberoğurluq və kiberdələduzluq
Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq "Qı
Onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberd
Azərbaycanda yanvarın sonuna olan məlumata görə, unun topdansatış qiymət
Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə