Azərbaycanda müavinsiz işləyən icra başçıları SİYAHI
Digərləri 31 Yan 2025 14:52:00 58 0
Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında rəhbər heyətdə müavinlər də təmsil olunur. Bəzi icra hakimiyyətlərində isə icra başçısının müavini vəzifəsi mövcud olsa da, bu post hələ boşdur.
Bu xəbəri də oxu: Fevralda 4 bürc evlilik təklifi alacaq
Son.az xəbər verir ki, iqtisadiyyat.az mövzu ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində bəzi icra hakimiyyəti başçılarının ümumiyyətlə müavinsiz fəaliyyət göstərdiyi məlum olub.
Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov müavinsiz işləyir. ŞİH-də mövcud olan dörd müavin (onlardan biri birinci müavindir) vəzifəsi boşdur. Eyni zamanda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov da müavinsiz işləyir, onun da hazırda vəzifədə olan heç bir müavini yoxdur.
Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov iki müavinlə işləyir. Onun həm də Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini tutan müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini daşıyan digər müavini yoxdur.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin, Goranboy Rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyevin, Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun, Qax Rayon İcra Hakimiyyəti Başçısı Musa Şəkiliyevin, Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevin də müavinlərindən biri yoxdur. Bu icra hakimiyyətlərində Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin də işlərini icra etməli olan müavin vəzifələri hazırda vakansiyaya çıxarılıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılovun, Şirvan Şəhər İcra Hakimiyyəti Başçısı İlqar Abbasovun və Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Cabbar Musayevin də birinci müavinləri yoxdur. Hər iki başçı hazırda üç müavinlə işləyir.
Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Elxan İbrahimovun, Lerik Rayon İcra Hakimiyyətinin Başçısı Əkbər Abbasovun, Saatlı Rayon İcra Hakimiyyəti Başçısı Elmir Bağırovun, Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısı Kamal Həsənovun, Salyan Rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilovun, Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Elvin Paşayevin və Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Natiq Ağayevin də birinci müavinləri yoxdur. Bu icra başçıları da digər iki müavinlə çalışır.
Böyük Britaniya Türkiyə üçün viza müraciətini genişləndirib.
Gənc müğənni Aila Rai vəziyyəti ağırdır.
Turistlərin təcrübələrinə əsaslanaraq hazırlanan siyahı dünyanın ən
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmi
ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkoti
2024-cü ildə Azərbaycanda mənzillərin qiymətləri 10 faizədək artıb. Ə
Almaniyanın beynəlxalq araşdırma qrupu Anadolu lövhəsi, Avrasiya löhvəsi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildən etibarən İstanbul
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "sadələşdirilmi�
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi
"Oskar" mükafatına namizəd filmin iranlı aktrisasının ölkədən
Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.