Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR


Digərləri 31 Yan 2025 13:27:00 81 0

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək.

Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək.

Yeni sistemin əsas məqsədi paytaxtda nəqliyyat sıxlığını azaltmaq və şəhərdaxili hərəkəti tənzimləməkdir. Bəs dəyişkən iş qrafiki konkret necə tətbiq olunacaq və hansı saatlarda iş başlanacaq?

Son.az xəbər verir ki, məsələ ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Ajans.az-a açıqlamasında bildirib ki, işə başlama saatlarının fərqləndirilməsi qaçılmazdır.

"Bakıda nəqliyyat və piyadaların hərəkətində ciddi problemlər yaşanır. Şəhərdə səhər və axşam saatlarında böyük sıxlıq yaranır. Bunun əsas səbəbi iş yerlərinin, təhsil müəssisələrinin və digər obyektlərin eyni saatda fəaliyyətə başlaması və eyni saatda bağlanmasıdır. Nəticədə nəqliyyat şəbəkəsi həddindən artıq yüklənir, metro və avtobuslarda dözülməz sıxlıq yaranır. Buna görə də ən azı iş saatlarının 1-2 saat fərqlə təşkil edilməsi vacibdir".

Elçin Bayramlının fikrincə, bəzi iş yerlərində işin səhər saatlarında başlaması məcburidir. Lakin bəzi qurumlar və müəssisələrdə işin bir qədər gec başlaması mümkündür.

"Müəyyən iş yerləri üçün saat 08:00-dan, digərləri üçün isə saat 10:00-dan başlamaq olar. Təhsil müəssisələrində də dərs saatlarının 09:30 yox, 10:30-dan başlaması mümkündür. Bu dəyişiklik nəqliyyat axınının bərabər paylanmasına kömək edəcək və sıxlığın azalmasına səbəb olacaq."

Ekspert vurğulayıb ki, təkcə iş qrafikinin dəyişdirilməsi ilə problem həll olunmayacaq. Bakı şəhərində nəqliyyat infrastrukturunun köklü şəkildə yenidən qurulması vacibdir:

Şəhərin müxtəlif hissələrinə yeni metro xətlərinin çəkilməsi vacibdir. Alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi tıxacların qarşısını ala bilər. Bundan əlavə Bakıya olan miqrasiyanın azaldılması üçün bölgələrdə iş imkanlarının və sosial infrastrukturun genişləndirilməsi lazımdır.

Elçin Bayramlı əlavə edib ki, şəhərin tikintisi və planlaşdırılması müəyyən normalara uyğun aparılmalıdır. Bakı sürətlə böyüyür və bununla bağlı yeni strategiyalar hazırlanmalıdır.

Qeyd edək ki, dəyişkən iş qrafikinin tətbiq olunması ilə bağlı Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB müvafiq siyahılar hazırlayacaq. Bu siyahıya uyğun olaraq fərqli sektorlar üçün müxtəlif iş saatları müəyyən ediləcək.

Minsk Qrupunun ləğvi Bakıİrəvan münasibətlərinin normallaşmasına yardım edəcək  Zaxarova like
  • 31 Yan 13:23  
Siyasət Minsk Qrupunun ləğvi Bakıİrəvan münasibətlərinin normallaşmasına yardım edəcək Zaxarova

ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb.

arrow Ətraflı
DSXdən əməliyyat: İran vətəndaşı saxlanıldı like
  • 31 Yan 13:17  
Digərləri DSXdən əməliyyat: İran vətəndaşı saxlanıldı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkoti

arrow Ətraflı
Bu il mənzil qiymətləri ilə bağlı PROQNOZ like
  • 31 Yan 13:09  
Digərləri Bu il mənzil qiymətləri ilə bağlı PROQNOZ

2024-cü ildə Azərbaycanda mənzillərin qiymətləri 10 faizədək artıb. Ə

arrow Ətraflı
Dünyada dəhşətli zəlzələ XƏBƏRDARLIĞI  Azərbaycanın qonşuluğuna qədər gəlir like
  • 31 Yan 13:04  
Dünya Dünyada dəhşətli zəlzələ XƏBƏRDARLIĞI Azərbaycanın qonşuluğuna qədər gəlir

Almaniyanın beynəlxalq araşdırma qrupu Anadolu lövhəsi, Avrasiya löhvəsi

arrow Ətraflı
Ərdoğan 3 ildir bu qərarı imzalamır: Türklər onu gözləyir like
  • 31 Yan 12:59  
Digərləri Ərdoğan 3 ildir bu qərarı imzalamır: Türklər onu gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildən etibarən İstanbul

arrow Ətraflı
İrəvan yenə siyasi təlxəklik edir like
  • 31 Yan 12:54  
Siyasət İrəvan yenə siyasi təlxəklik edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "sadələşdirilmi�

arrow Ətraflı
Ağcabədidəki partlayışla bağlı Prokurorluq araşdırma aparır like
  • 31 Yan 12:53  
Digərləri Ağcabədidəki partlayışla bağlı Prokurorluq araşdırma aparır

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi

arrow Ətraflı
Tanınmış aktrisanın İrandan çıxışına qadağa qoyuldu like
  • 31 Yan 12:48  
Şou-biznes Tanınmış aktrisanın İrandan çıxışına qadağa qoyuldu

"Oskar" mükafatına namizəd filmin iranlı aktrisasının ölkədən

arrow Ətraflı
Faytonçu Nazim insult keçirdi like
  • 31 Yan 12:28  
Şou-biznes Faytonçu Nazim insult keçirdi

Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Bakıdan ilk bu universitetlər KÖÇÜRÜLƏCƏK like
  • 31 Yan 12:26  
Digərləri Bakıdan ilk bu universitetlər KÖÇÜRÜLƏCƏK

Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəq

arrow Ətraflı
BRİCS Tramp Amerikası ilə üzüzə like
  • 31 Yan 12:20  
Siyasət BRİCS Tramp Amerikası ilə üzüzə

Amerika həmişə qlobal siyasətdə mütləq lider olduğunu düşünməyə və

arrow Ətraflı
Fransanın Türkiyə qərarı Yunanıstanda kəskin etiraza səbəb oldu like
  • 31 Yan 12:14  
Digərləri Fransanın Türkiyə qərarı Yunanıstanda kəskin etiraza səbəb oldu

Fransa ilə Türkiyə arasında Türkiyəyə 100 kilometr mənzilli Meteor raket

arrow Ətraflı
İmtahanın nəticələri açıqlandı like
  • 31 Yan 12:08  
Digərləri İmtahanın nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 19 yanvar 2025-ci il tarixində keçirilmiş

arrow Ətraflı
Həmkəndlisini güllələyən MAXEyə hökm oxundu like
  • 31 Yan 12:00  
Digərləri Həmkəndlisini güllələyən MAXEyə hökm oxundu

Ötən ilin yayında Nərimanovda "Metro Park"ın qarşısında baş v

arrow Ətraflı
BSQ və KSQ problemi: yeni qiymətləndirmə formaları zərurətdir like
  • 31 Yan 11:56  
Digərləri BSQ və KSQ problemi: yeni qiymətləndirmə formaları zərurətdir

Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (

arrow Ətraflı