Bakıda hərbçiyə hökm oxundu 24 yaşlı oğlanı küçədə güllələmişdi
Digərləri 31 Yan 2025 11:29:00 62 0
Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə yetirməkdə ittiham olunan hərbi qulluqçunun məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Günün qoroskopu: İnsanları motivasiya edə biləcəksiniz
Son.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İsmayıl Allahverdiyev 17 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il müddətində azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə ötən il iyunun 26-da axşam saatlarında paytaxtın Nərimanov rayonunda küçədə baş verib.
İttihama görə, İsmayıl Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb.
Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İsmayıl Allahverdiyev müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub./APA
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.01.2025-c
"Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycan
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi il
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti uc
Azərbaycanda bəzi avtomobillər var ki, onların dəyəri bilinmir. Ümumiyyə
Musiqi və kino dünyasının əfsanəvi simalarından biri olan Marianne Faithf
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyy�
Bakı Metropoliteinin "İçərişəhər" stansiyasında keçid kameras
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)
Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib.
EyüpSultanın Akşemsettin məhəlləsində dəhşətli qətl hadisəsi baş ve
"Baku Bus"ın sürücüsünün infarkt keçirdikdən sonra törətdiyi
Qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçilərin iş yeri və
Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aş