Onlar işdən çıxarıla bilməz, işə gəlməsələr də maaşları hesablanmalıdır


Digərləri 31 Yan 2025 10:20:00 71 0

Onlar işdən çıxarıla bilməz, işə gəlməsələr də maaşları hesablanmalıdır

Qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçilərin iş yeri və orta əməkhaqqını saxlamalıdır. Bu, Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov hərbi toplanışa çağırılan işçinin hüquqlarını şərh edib.

Son.az xəbər verir ki, o, "vergiler.az"a şərhində hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması qaydasından danışıb.

Əmək Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə iş yeri saxlanılan və əməkhaqqı ödənilən hallar sadalanır. Onlardan biri də (g bəndi) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etmək, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunmaqdır.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 52-ci maddəsində toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı aşağıdakı kimi qeyd edilib: Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.

Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir.

Misal 1: Fərz edək ki, özəl təşkilatda mühasib vəzifəsində çalışan Fərid sentyabr ayında hərbi toplanışla əlaqədar 14 günlük hərbi təlimlərə çağırılıb. Beləliklə, sentyabr ayı üçün ona verilməli əməkhaqqının necə hesablanacağına baxaq:

Qeyd edək ki, Fərid iyul ayında 22 iş günü çalışıb və 900 manat əməkhaqqı alıb. Avqust ayında isə 23 iş günü çalışıb və 1.000 manat əməkhaqqı alıb. Onun tarif maaşı isə 750 manatdır. Sentyabr ayında 22 iş günü vardır və Fərid həmin günlərin 10 iş gününü (14 təqvim günü) hərbi təlimlə əlaqədar işdə olmayıb. Bu zaman onun sentyabr ayında alacağı əməkhaqqının məbləği belə hesablanacaq:

(900 + 1.000) : (22 + 23 ) = 42.22 manat (1 günlük orta əməkhaqqı məbləği); 10 x 42.22 = 422.22 manat (hərbi təlimdə olduğu dövrə düşən orta əməkhaqqı məbləği); 750 : 22 = 34.09 manat (sentyabr ayında bir iş gününə düşən əməkhaqqı məbləği).

Fərid 22 iş gününün 10 iş gününü təlimdə, 12 iş gününü isə işdə olub. Deməli, işlədiyi günlərə görə hesablama belə olacaq: 12 x 34.09 = 409.08 manat; 422.22 + 409.08 = 831.3 manat.

Beləliklə, sentyabr ayı üçün onun alacağı ümumi əməkhaqqı 831.3 manat təşkil edəcək. İyul və avqust aylarında tarif maaşından əlavə bonuslar da aldığı halda, Fəridin sentyabr ayında alacağı əməkhaqqı 750 manatdan yüksək olacaq.

Hərəkət tam məhdudlaşdırılacaq  Təmir var like
  • 31 Yan 10:14  
Digərləri Hərəkət tam məhdudlaşdırılacaq Təmir var

Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aş

arrow Ətraflı
Gürcüstan Qərbə boyun əymədi: Bundan sonra necə olacaq? like
  • 31 Yan 10:10  
Siyasət Gürcüstan Qərbə boyun əymədi: Bundan sonra necə olacaq?

Gürcüstan Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxmaq qərar�

arrow Ətraflı
Azəbaycan BMT ilə Çərçivə Sənədi üçün təkliflərini açıqlayıb like
  • 31 Yan 10:05  
Siyasət Azəbaycan BMT ilə Çərçivə Sənədi üçün təkliflərini açıqlayıb

Azəbaycan BMT ilə Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçiv

arrow Ətraflı
Bakıda “Fransa və ErmənistanAzərbaycan münaqişəsi” mövzusunda konfransı başladı like
  • 31 Yan 10:02  
Siyasət Bakıda “Fransa və ErmənistanAzərbaycan münaqişəsi” mövzusunda konfransı başladı

Bakıda "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzulu be

arrow Ətraflı
İrəvan Bakının bu layihəsinə qoşulmaq istəyir  Paşinyan açıqladı like
  • 31 Yan 10:00  
Dünya İrəvan Bakının bu layihəsinə qoşulmaq istəyir Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qara dənizin dibi ilə ele

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ  Saat 10:00da, bu ərazilərdə... like
  • 31 Yan 09:51  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ Saat 10:00da, bu ərazilərdə...

Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud

arrow Ətraflı
Azərbaycanda FACİƏ  Evdə siqaret çəkdi, yanaraq öldü like
  • 31 Yan 09:46  
Digərləri Azərbaycanda FACİƏ Evdə siqaret çəkdi, yanaraq öldü

Xaçmazda yanğın zamanı xəsarət alan kişi ölüb.

arrow Ətraflı
Amerika arzusu kabusa çevrilir  Azərbaycanlı miqrantları nə gözləyir ? like
  • 31 Yan 09:41  
Dünya Amerika arzusu kabusa çevrilir Azərbaycanlı miqrantları nə gözləyir ?

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın imzaladığı fərmanla ölk

arrow Ətraflı
Plastik cərrahlar üçün SON GÜN like
  • 31 Yan 09:36  
Digərləri Plastik cərrahlar üçün SON GÜN

Bu gün plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etm�

arrow Ətraflı
“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distributoru cərimələndi like
  • 31 Yan 09:30  
Digərləri “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distributoru cərimələndi

"Hyundai" avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru &quo

arrow Ətraflı
Abşeronda 8, Naxçıvanda 10 dərəcə şaxta olub  FAKTİKİ HAVA like
  • 31 Yan 09:26  
Digərləri Abşeronda 8, Naxçıvanda 10 dərəcə şaxta olub FAKTİKİ HAVA

Yanvarın 31-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Mərkəzi Bank Azərbaycanda ucuzlaşan valyutanın adını açıqladı like
  • 31 Yan 09:20  
Digərləri Mərkəzi Bank Azərbaycanda ucuzlaşan valyutanın adını açıqladı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bakıda hər 1000 nəfərə 320 avtomobil düşür like
  • 31 Yan 09:09  
Digərləri Bakıda hər 1000 nəfərə 320 avtomobil düşür

Son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi

arrow Ətraflı