Amerika arzusu kabusa çevrilir Azərbaycanlı miqrantları nə gözləyir ?
Dünya 31 Yan 2025 09:41:00 59 0
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın imzaladığı fərmanla ölkədə yaşayan qeyri-qanuni miqrantların kütləvi deportasiyası həyata keçirilir. O, prezidentliyə başladığı ilk gün ölkənin cənub sərhədində milli fövqəladə vəziyyət elan edərək bölgəyə qoşun yeridib. Tramp üçün başqa bir prioritet ölkəyə yeni gələnlərin qarşısını almaqdır. Onun bu kontekstdə atdığı imzalardan biri də sabiq prezident Cozef Baydenin dövründə istifadəyə verilmiş və təyinatla Meksika sərhədini keçməyə icazə verən "CBP 1" mobil tətbiqini bağlamaq olub.
Bu xəbəri də oxu: Trampın "Doğumla vətəndaşlıq" sərəncamı bu ştatlarda keçərli olmayacaq
Bununla yanaşı, o, ölkədəki müvafiq qurumlara sürətli deportasiya səlahiyyətlərindən daha fəal istifadə etməyi tapşırıb. ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib. Həmin Azərbaycan vətəndaşlarının kimliyi və ya onların hansı səbəbdən ABŞ-dən deportasiya olunacağına dair məlumat almaq üçün Azərbaycanın Vaşinqtondakı səfirliyinə müraciət etdik. Səfirlikdən müraciətə cavabda, bu mövzuda heç bir məlumat verə bilməyəcəkləri qeyd olunub.
"Report"un ABŞ bürosu baş verənlərlə bağlı Meksika sərhədindən Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni yollarla gələn azərbaycanlılardan biri, Nyu-York şəhərində məskunlaşan 30 yaşlı həmyerlimiz Kamran Abdullayevlə həmsöhbət olub. K. Abdullayev Amerikaya gəlişi və hazırkı vəziyyətlə bağlı suallara aydınlıq gətirib.
K. Abdullayev bildirib ki, o, 2022-ci ilin sentyabr ayında Rusiyadan Meksika sərhədinə gələrək, oradan qeyri-qanuni olaraq ABŞ-yə keçib:
"Meksikadan ABŞ-yə keçdiyim zaman sərhəddəki vasitəçilərə 2500 dollar pul vermişdim. Onlar məni sərhəddəki Amerika polisinə təhvil verdilər. Mən sərhədi keçəndə "CBP 1" mobil tətbiq proqramından qeydiyyatdan keçmişdim və həmin proqramda haqqımda bütün məlumatlar öz əksini tapmışdı. Polislər məni 8 saat həmin bölgədəki sığınacaqda saxladılar və barmaq izimi götürdükdən sonra Amerikaya hansı məqsədlə daxil olduğumu müəyyən edən sənəd verdilər. Nyu-Yorka gəldim və vəkil tutaraq burada iş icazəsi üçün müraciət etdim.
8 aydan sonra müraciətim əsasında dövlət mənə iş icazəsi verdi. İndi Nyu-Yorkda məşhur türk restoranlarından birində işləyirəm. Mənim artıq ABŞ-də qanuni iş icazəm var və bu səbəbdən dövlətin məni deportasiya etməyə heç bir hüquqi əsası yoxdur".
Kamran Abdullayev deyir ki, ABŞ-yə gələn bir çox azərbaycanlı onun qədər şanslı deyillər. Belə ki, onların ölkədə yaşamaq üçün müraciətləri dövlət tərəfindən dəyərləndirilməyib və hüquqi müstəvidə öz əksini tapmayıb:
"Dostlarım mənə dedi ki, bir neçə azərbaycanlı 3 aydan artıq idi ABŞ-Meksika sərhədində "CBP 1" mobil tətbiqində ölkəyə giriş üçün təyin olunmuş günü gözləyirdi və Tramp hakimiyyətə gəldikdən sonra proqram silinib, həmin şəxslər elə oradan Azərbaycana geri qayıdıblar. Təbii ki, hər kəsin içində qorxu var və vəziyyət çox gərgindir".
Mövzu ilə bağlı müraciət etdiyimiz ABŞ-də immiqrasiya hüququ sahəsində çalışan tanınmış azərbaycanlı vəkil Vüqar Cəfərov "Report"un ABŞ bürosunun suallarını cavablandıraraq Trampın qərarı ilə ölkədə baş qaldıran çaxnaşmanın əsl səbəbini, hüquqi müstəvidə atılacaq addımları və Amerikadan deportasiya ilə üz-üzə qalan 709 azərbaycanlının taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.
V. Cəfərov deyir ki, Trampın qərarından sonra ölkədə ciddi dezinformasiya və çaxnaşma mövcuddur. Vəkil təhdid siyasəti ilə hökumətin immiqrasiyanı azaltmağa çalışacağı qənaətindədir:
"Mediada çoxsaylı yanlış, şişirdilmiş məlumatlar var, Amerikada bir qorxu mühiti formalaşdırılıb. Bütün vəkillər insanları qorxudurlar, onların da qurbanları olan immiqrantlar isə təhsilsiz, məlumatsız insanlardır. Onlar ABŞ-yə girdikdən sonra düşünürlər ki, artıq hər şey qaydasındadır və ölkədə rəsmi statuslarının müəyyən olunması üçün heç bir addım atmırlar. Bütün bunlara baxmayaraq, əgər normal bir vəkillə işlənilərsə, qısa zamanda alınmış deportasiya qərarı ilə bağlı tədbirlər görülə bilər".
V. Cəfərov hökumətin deportasiya qərarı aldığı şəxslərin hansı yollardan keçdiyini və nələri diqqətdən qaçırdığını izah edib: "Hər hansı bir şəxs Meksika-ABŞ sərhədindən ölkəyə girdiyi zaman ona sərhəd məmurları tərəfindən ölkədə hüquqi statusunu müəyyən edən üç seçimin olduğu bir sənəd verilir. Bu üç seçimin birində "CBP 1" mobil tətbiqindən istifadə edərək ölkəyə giriş icazəsi olduğu, digərində ölkəyə qanunsuz girdiyi və üçüncüdə isə ölkəyə müvafiq giriş vizası olduğu qeyd olunur.
Bu gün plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etm�
"Hyundai" avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru &quo
Yanvarın 31-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi
Bədəndəki xallar ümumiyyətlə, zərərsizdir və çox zaman heç bir naraha
ABŞ prezidenti Donald Tramp qlobal ticarətdə ABŞ dollarına qarşı yeni val
ABŞ Konqresinin əməkdaşlarına Çinin son vaxtlar populyarlıq qazanan "
ABŞ-nin paytaxtı Vaşinqtonda hərbi helikopterlə toqquşma nəticəsində q�
Məşhur kanadalı müğənni, adı P.Diddinin zorakılıq qurbanları siyahıs�
Rusiyanın Kamçatka diyarındakı Yelizovo hava limanından 6 reys hava şərai
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Nizami rayonu, Babək prospekti, (Baku Medical Plazanın yaxınlığında) aidiy
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Əsəd rejiminin devrilməsində
İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya s