“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distributoru cərimələndi
Digərləri 31 Yan 2025 09:30:00 81 0
"Hyundai" avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru "Auto Azərbaycan" MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.
Bu xəbəri də oxu: Bu məlumatı bacıqardaşınıza da verməyin!
Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Baş ofisi İstanbulda yerləşir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"ə daxil olan "Auto Azərbaycan" şirkəti ölkəmizdə "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur. Şirkət "Hyundai" markasının ölkə üzrə 12 satış və servis mərkəzindən ibarət diler şəbəkəsini formalaşdırıb.
Yanvarın 31-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi
Bədəndəki xallar ümumiyyətlə, zərərsizdir və çox zaman heç bir naraha
ABŞ prezidenti Donald Tramp qlobal ticarətdə ABŞ dollarına qarşı yeni val
ABŞ Konqresinin əməkdaşlarına Çinin son vaxtlar populyarlıq qazanan "
ABŞ-nin paytaxtı Vaşinqtonda hərbi helikopterlə toqquşma nəticəsində q�
Məşhur kanadalı müğənni, adı P.Diddinin zorakılıq qurbanları siyahıs�
Rusiyanın Kamçatka diyarındakı Yelizovo hava limanından 6 reys hava şərai
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Nizami rayonu, Babək prospekti, (Baku Medical Plazanın yaxınlığında) aidiy
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Əsəd rejiminin devrilməsində
İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya s
Zoğal çayı qan şəkərini balanslaşdırmağa və bədənə fayda verməyə