Ombudsman “Human Rights Watch” təşkilatına açıq məktub ünvanlayıb
Digərləri 31 Yan 2025 08:25:00 71 0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Human Rights Watch" (HRW) təşkilatının icraçı direktoru Tirana Hassana açıq məktub ünvanlayıb.
Bu xəbəri də oxu: ChatGPTdən ən çox kimlər istifadə edir?
Son.az xəbər verir ki, məktubda sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində ölkəmizə qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etidirildiyi bildirilib.
Eyni zamanda, HRW-nun öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətinin də əhatəli şəkildə yer aldığı illik və paralel hesabatlarına istinad etmək əvəzinə, şübhəli və qərəzli mənbələrə əsaslandığı qeyd edilib, habelə təşkilatın hesabatında qeyd edilən bir sıra şəxslərlə Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin görüşdüyü, onlara qarşı heç bir işgəncə və ya pis rəftar faktının aşkar edilmədiyi bildirilib.
Məktubda Azərbaycanın ev sahibliyi etdiyi, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində effektiv müzakirələrin həyata keçirildiyi COP29 çərçivəsində iqlim dəyişmələri nəticəsində baş vermiş fəsadların aradan qaldırılması məqsədilə mühüm qərarların qəbul edilməsinə baxmayaraq, HRW-nun öz hesabatında aktual problemlər üzrə əldə olunan bu uğurları nəzərə almadığı diqqətə çatdırılıb.
Eyni zamanda, məktubda Azərbaycanın uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalması, nəticədə bir milyondan çox soydaşlarımızın fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması, işğala son qoyulduqdan sonra keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışının bərpası istiqamətində görülən işlər, insanların həyat və sağlamlığına mühüm təhdid yaradan mina problemi, habelə yüz minlərlə azərbaycanlının Ermənistandan zorla qovularaq qaçqın düşməsi faktlarının hesabatda nəzərə alınmadığı və nəticədə Azərbaycana qarşı ikili standartların nümayiş etdirildiyi bildirilib.
Ombudsman "Human Rights Watch" təşkilatını öz hesabatlarını hazırlayarkən qərəzsiz yanaşma sərgiləməyə, ədalətli olmağa və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.
Nizami rayonu, Babək prospekti, (Baku Medical Plazanın yaxınlığında) aidiy
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Əsəd rejiminin devrilməsində
İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya s
Zoğal çayı qan şəkərini balanslaşdırmağa və bədənə fayda verməyə
ABŞ hökuməti bəzi federal məmurlara istefa vermələri müqabilində səkki
Xurma bir çox mədəniyyətdə qədim dövrlərdən bəri istifadə edilən v�
"Appfigures" analitik şirkətinin hesablamalarına görə 2024-cü il
İstəyir sənin yutub, instaqram və ya tiktok səhifəndə milyonlarla izləyi
Azərbaycanda teletibb xidmətləri ilə bağlı qaydalar hazırlanır.
Özlərini bank əməkdaşları kimi təqdim edən dələduzların qurbanı oldu
Qeyri-sağlam vərdişlər ürəyimizə zərər verir - məsələn, siqaret çə
Bədəniniz daim həyəcan təbili çalır? İmmunitet sisteminiz həyəcan siqn
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 300 min qad�