Dələduzlar Mingəçevir sakininin adına 10 min manat krediti necə götürüblər?
Digərləri 31 Yan 2025 06:19:00 65 0
Özlərini bank əməkdaşları kimi təqdim edən dələduzların qurbanı oldu.
Bu xəbəri də oxu: Avro ucuzlaşdı, dollar bu qiymətə oldu
Son.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Mingəçevir şəhər sakini İzzət Mahmudovun başına gəlib.
O iddia edir ki, adına 10 min manat kredit götürdülər.
Vətəndaş deyir ki, dələduzlarla danışdığı vaxt sözügedən bankdan ona 2 dəfə zəng gəlib və kredit mütəxəssisi ondan kredit istəyib istəmədiyini soruşub. O da istəmədiyini deyib, lakin buna baxmayaraq 20 dəqiqə sonra adına 10 min manat kredit götürülməsi haqqında mesaj gəlib. Hazırda çarəsiz qalan şəxs həmin dələduzların tezliklə tapılmasını istəyir.
Mingəçevir sakini iddia edir ki, kiber dələduzlar həmin vaxt onun iş yoldaşının da bank hesabına daxil olublar və onun adına da müxtəlif məbləğdə kredit götürüblər.
Baş verən hadisə ilə bağlı DİN mətbuat xidmətinin Şəki Regional qrupundan Xəzər Xəbər-ə bildirildi ki, daxil olmuş müraciət əsasında Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. Müvafiq sorğular göndərilib və əməli törədən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
Qeyri-sağlam vərdişlər ürəyimizə zərər verir - məsələn, siqaret çə
Bədəniniz daim həyəcan təbili çalır? İmmunitet sisteminiz həyəcan siqn
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 300 min qad�
Günəbaxan tumları essensial yağ turşuları, vitaminlər və mineralla zəng
ABŞ-ın Nyu-Cersi ştatının sakini bir dəfə balasının olduğu başqa otaq
Maştağa qəsəbəsində "Baku Bus"a adi avtobus qəza törədib.
Bəzi qidalar düzgün hazırlanmadıqda və ya istehlak edildikdə ölümcül n
İrəvan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini başa
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində və
Son vaxtlarda kirayə mənzil bazarında yeni tendensiya müşahidə olunur. Əv
Elektronlaşma dövründə bəzi bank kartları, onlayn ödəmə sistemlərinin
Hazırda xəstəxanada mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan rəq
Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin bani
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İrəvanın mərkəzi meydanında bir qrup azərbaycanlı doğma dillərində &q