Səfirliyimiz erməni saxtakarlığını
Siyasət 26 Yan 2023 21:46:00 292 0
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustavayev erməni saxtakarlığını ifşa edib.
Bu xəbəri də oxu: Prezident: Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək
Azərbaycanın Niderlanddakı Səfirliyindən bildirilib ki, Azərbaycanın Niderlanddakı səfirinin dekabrın 20-də Rotterdam şəhərinin meri ilə görüşünün məzmunu və bu görüşdə Azərbaycanın ünvanına səsləndiyi iddia edilən tənqidlərlə bağlı Ermənistan KİV-lərində və teleqram kanallarında yer alan mötəbər olmayan və təxribat xarakterli məlumatlar ilə əlaqədar olaraq, səfirliyin mətbuat xidməti aşağıdakıların məlumatlandırılmasını zəruri hesab edir.
Azərbaycan səfirinin təşəbbüsü ilə keçirilən bu görüş sırf Azərbaycan və Rotterdam arasında ikitərəfli iqtisadi, investisiya, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına həsr olunub. Orada nə siyasi məsələlərə, nə də Laçın yolu ətrafındakı vəziyyətə baxılmayıb. Müvafiq olaraq, müstəsna mehribanlıq şəraitində keçən bu görüşdə heç kimin ünvanına hər hansı tənqidə işarə belə olmayıb. Əksinə, yeri gəlmişkən, 2013-cü ilin noyabrında Bakıda rəsmi səfərdə olan mer tərəfindən iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslər irəli sürülüb.
Münaqişədən sonrakı vəziyyətə gəlincə, səfirlik qeyd edib ki, görüş zamanı səfir R.Mustafayev Rotterdam şəhərinin meri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə "Qarabağ işğaldan əvvəl və sonra" albomunu, ilk növbədə, Ağdamın yerlə-yeksan edilmiş fotoşəkillərini göstərib. Eyni zamanda, səfir Rotterdamın da Ağdam kimi II Dünya Müharibəsi zamanı nasistlər tərəfindən amansız və vəhşicəsinə dağıdıldığını, dağıdılmış Rotterdamın bərpası sahəsində Niderlandın təcrübəsinin Ağdamın bərpası üçün faydalı ola biləcəyini qeyd edib.
"Yuxarıda qeyd olunanlarla əlaqədar səfirlik Niderlandın erməni icmasını 2023-cü ildə xəyallar və fantaziyalar dünyasından reallıq dünyasına qayıtmağa və enerjilərini təxribatlar üçün deyil, sülh və xeyirxahlığın bərqərar olmasına kömək etməyə çağırır. Erməni icmasının dağıdıcı və məsuliyyətsiz informasiya və siyasi fəaliyyəti Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlığın gələcək inkişafına mane olmayacaq. Səfirlik Azərbaycanın Rotterdam və digər şəhərlərlə hərtərəfli əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir", - məlumatda deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i guya Azərbaycan səfiri ilə görüşdə Rotterdam şəhərinin merinin "Ermənistana təcavüzü" kəskin tənqid etməsi və Laçın yolunun "kilidini açmağa" çağırdığı xəbərini yayıb.
Depressiya, apatiyadan dərmansız xilas olmaq üçün insandan planlı hərək�
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Əmə
Həddini bilmək əxlaqın təməl prinsiplərindəndir. Həddini bilməyən az�
Hibrid immunitet koronavirus infeksiyasına qarşı ən yaxşı qalxandır.
Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu
Əgər körpə və ya azyaşlı uşaq gözdən yayınıb alkoqollu içki içərs
Azərbaycanda LOR həkimə qeyri-adi travma ilə pasiyent gətirilib.
Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtma
Mədə turşuluğunun yüksəlməsi, göynəmə və yanma ürəyə zərərlidir.
İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam
AB-nin Ermənistandakı missiyası ilə bağlı belə bir ssenarinin həyata ke�
Millət vəkili Erkin Qədirlinin blogerə müsahibəsində özünün belə demo
Pilləkın çıxarkən qərinə yorğunluq, təngnəfəslik hissi nəcislə müt
Biz İrəvanın KTMT missiyasının göndərilməsi istiqamətində işi məntiq
Rusiyanın Yekaterinburq şəhərində yerli erməni icmasının rəhbəri (dias