İmam Həsənin həyatına bir baxış


Digərləri 26 Yan 2023 21:10:00 259 0

İmam Həsənin həyatına bir baxış

İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam Əlinin (ə) ilk meyvəsi, şiələrin ikinci imamı Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbər (s) nəvəsinin dünyaya gəlişindən sonra, onu qucağına alıb sağ qulağına "azan" və sol qulağına "iqamə" dedi, onun dünyaya gəlişi münasibətilə bir qoyun qurbanlıq etdi və adını Həsən qoydu. O vaxa qədər kiməsə Həsən adı qoyulmamışdı.

İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra, təxminən, otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etdi və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənərək şəhadətə yetdi. Müqəddəs məzarı Mədinə şəhərinin "Bəqi" qəbiristanlığında yerləşir.

Bəli, imam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin, imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Peyğəmbər (s) imam Həsənə (ə) və qardaşı imam Hüseynə (ə) "Oğlum!" - deyə xitab edir və gələcəkdə Əhli-beytin əleyhinə xilafəti ələ keçirməklə bağlı təbliğat apara bilən siyasətçilərin, Əməvilər və Abbasilərin Əmirəlmöminin Əli (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) Peyğəmbərə (s) çatan ruhi və qohumluq əlaqələrini zədələyə və Əhli-beytin sevgisini xalqın ürəyindən çıxara bilməmələri üçün bu məsələyə çox israr edir və onu açıq-aşkar vurğulayırdı. "Mübahilə" ayəsində ("Ali-İmran" surəsi, ayə 61) "oğullarımız" təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi də onlar üçün əbədi bir iftixar, zati paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir. "Təthir" ayəsinin onların (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam) məqamı haqda nazil olması bu məsələyə daha çox təkid edir. ("Ət-təbəqatul-kubra", İbn Səd, s.167.)

Ənəs ibn Malikin də nəql etdiyi kimi, Əhli-beyt üzvləri içərisində imam Həsən (ə) qədər Rəsulullaha (s) bənzəyən bir şəxs yox idi. Rəsulullah (s) ən gözəl təbirlərlə onu mədh edir və elə üstün tuturdu ki, Əhli-beytin düşmənləri belə, sonralar Rəsulullahın (s) onunla necə davrandığını xatırladıqda, istər-istəməz o həzrətə qarşı ehtiram bəsləyir və qarşısında hörmətlə dayanırdılar.

Ümeyr ibn İshaq deyir: "Əbu Hüreyrənin imam Həsən ibn Əli (ə) ilə qarşılaşaraq belə dediyini gördüm: "Köynəyini qaldır ki, Rəsulullahın (s) öpdüyü yeri mən də öpüm..." ("Əl-müsnəd", Əhməd ibn Hənbəl, c.2, s.427.) Rəsulullah (s) imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında buyurur: "Həsən (ə) və Hüseyn (ə) istər qiyam, istərsə də, (bəzi maneə və məsləhətlər üzündən) sükut etsinlər, hər iki halda imamdırlar." "Həsən və Hüseyn cənnət gənclərinin sərvəridirlər." ("Əl-irsad", Şeyx Müfid, s. 220.)

Əmirəlmömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən (ə) minbərdə danışaraq camaatı onunla beyətə təşviq etdikdə, "Əzd" qəbiləsindən bir nəfər fəryad edərək dedi: "Rəsulullahın (s) Həsən ibn Əlini (ə) yanında əyləşdirib belə buyurduğunu eşitdim: "Məni sevən hər kəs Həsəni də sevsin və bunu eşidənlər eşitməyənlərə çatdırsınlar." ("Ət-tarixul-kəbir", Buxari, c. 3, s. 428.)

İMAM HƏSƏN (Ə) ATASI İMAM ƏLİNİN (Ə) XİLAFƏTİ DÖNƏMİNDƏ

İmam Həsən (ə) atası imam Əlinin xilafəti dönəmində baş verən döyüşlərdə iştirak etdi. O həzrətin "Nakisin"lə döyüşündəki təsirli rolu onun cəmiyyətdəki siyasi üstünlüyünü aşılayan ən mühüm səhnələrdən biri idi. Əmirəlmöminin Əli (ə) "Nakisin"in islami hökumətə qarşı qiyamı barəsində Kufə xalqını məlumatlandırmaq və imam Əlini (ə) "Cəməl" səhabələrinə qarşı müdafiə etmələri üçün imam Həsəni (ə) öz nümayəndəsi olaraq Kufəyə göndərdi. O həzrət əvvəlcə "qan axıdılmasını önləmək" bəhanəsilə camaatın imam Əlinin (ə) dəvətini qəbul etməsinə mane olmaq istəyən Əbu Musa Əşərini səhnədən kənarlaşdırdı və sonra coşqun və təhrikedici sözlərilə döyüşdə iştirak etmək üçün Kufə əhalisindən on min adamı bir yerə topladı. ("Vəqətu Sitfeyn", Nəsr ibn Müzahim, s.15.)

İmam Həsən (ə) "Siffeyn" döyüşündə də camaatı Müaviyənin ordusuna qarşı təhrik etməkdə nəzərə çarpacaq şəkildə fəaliyyət göstərən döyüşçülərdən idi. O həzrət o zaman Kufə əsgərlərini döyüşə və müqavimətə təşviq etmək məqsədilə onlara belə xitab etdi: "Qarşınızda səf çəkib düzülən düşmənlərinizlə (Müaviyə və əsgərlərilə) döyüşməkdə əl-ələ verin və əsla süstlük göstərməyin; çünki süstlük qəlbin müqavimətini azaldır."

Yeni ssenari: İrəvan KTMTdən çıxır, like
  • 26 Yan 21:07  
Siyasət Yeni ssenari: İrəvan KTMTdən çıxır,

AB-nin Ermənistandakı missiyası ilə bağlı belə bir ssenarinin həyata ke�

arrow Ətraflı
İrəvanda müharibə hazırlığı, Bakıda like
  • 26 Yan 21:06  
Digərləri İrəvanda müharibə hazırlığı, Bakıda

Millət vəkili Erkin Qədirlinin blogerə müsahibəsində özünün belə demo

arrow Ətraflı
Pilləkən çıxarkən bu əlamət xərçəngdən ola bilər like
  • 26 Yan 21:05  
Digərləri Pilləkən çıxarkən bu əlamət xərçəngdən ola bilər

Pilləkın çıxarkən qərinə yorğunluq, təngnəfəslik hissi nəcislə müt

arrow Ətraflı
KTMT missiyası tez bir zamanda Ermənistanda like
  • 26 Yan 21:03  
Siyasət KTMT missiyası tez bir zamanda Ermənistanda

Biz İrəvanın KTMT missiyasının göndərilməsi istiqamətində işi məntiq

arrow Ətraflı
Rusiyadan şok qərar: Qarabağda separatizmə like
  • 26 Yan 21:02  
Siyasət Rusiyadan şok qərar: Qarabağda separatizmə

Rusiyanın Yekaterinburq şəhərində yerli erməni icmasının rəhbəri (dias

arrow Ətraflı
“Əfvlə yanaşı, Amnistiya aktı da ola bilər” like
  • 26 Yan 21:00  
Digərləri “Əfvlə yanaşı, Amnistiya aktı da ola bilər”

"Böyük əfv olacağını gözləyirəm. Mümkündür ki, Heydər Əliyevi

arrow Ətraflı
“Ordumuz Xankəndiyə, hətta İrəvana belə..." like
  • 26 Yan 20:58  
Siyasət “Ordumuz Xankəndiyə, hətta İrəvana belə..."

"Siyasi baxımdan Xankəndidə, ümumən separatçıların olduğu ərazid�

arrow Ətraflı
Vardanyanı Qarabağa gətirən like
  • 26 Yan 20:57  
Siyasət Vardanyanı Qarabağa gətirən

Ruben Vardanyan Moskvadan Xankəndiyə ötən ilin sentyabr ayında gəlib. O, b

arrow Ətraflı
"Rep kralı" xərçəngin qurbanı oldu like
  • 26 Yan 20:56  
Şou-biznes "Rep kralı" xərçəngin qurbanı oldu

"Rep kralı" ləqəbi lə tanınan Bernard Qrin vəfat edib.

arrow Ətraflı
“DSMFyə illərlə pul ödəmişik, cibə gedirmiş” like
  • 26 Yan 20:48  
Digərləri “DSMFyə illərlə pul ödəmişik, cibə gedirmiş”

"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fo

arrow Ətraflı
Madonnanın filmi təxirə düşdü like
  • 26 Yan 20:40  
Şou-biznes Madonnanın filmi təxirə düşdü

Dünyaca məşhur pop ifaçısı Madonnanın həyatından bəhs edəcək film t�

arrow Ətraflı
Əkiz bacılar eyni kişidən eyni vaxtda hamilə qalmaq istəyir like
  • 26 Yan 20:32  
Digərləri Əkiz bacılar eyni kişidən eyni vaxtda hamilə qalmaq istəyir

Dünyanın bir-birinə ən çox oxşayan əkizləri eyni vaxtda eyni kişidən u

arrow Ətraflı
Məşhur qrup dağıldı like
  • 26 Yan 20:24  
Şou-biznes Məşhur qrup dağıldı

Amerikanın məşhur pank-rok qrupu "Panic! At the disco" dağılıb.

arrow Ətraflı
Yanvarın müavinət, təqaüd və ünvanlı yardımları artımla like
  • 26 Yan 20:18  
Digərləri Yanvarın müavinət, təqaüd və ünvanlı yardımları artımla

Müavinət və təqaüdlər yeni artımlarla birgə verilib

arrow Ətraflı
337ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı like
  • 26 Yan 20:16  
Dünya 337ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 337-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda mə

arrow Ətraflı