“Ordumuz Xankəndiyə, hətta İrəvana belə..."
Siyasət 26 Yan 2023 20:58:00 265 0
"Siyasi baxımdan Xankəndidə, ümumən separatçıların olduğu ərazidə vəziyyət gərgindir. Ruben Vardanyan müsahibələrində "biz" deyir. Lakin "biz" deyəndə kimi nəzərdə tutduğu bəlli olmur. Bu, qaranlıq məsələdir. Xankəndidə "rəhbərliklə" Ruben Vardanyan arasında konflikt var. Araik Arutyunyan, eləcə də Vitali Balasanyan da iddialıdır, proseslərin nəzarətlərində olmasına çalışırlar. Eyni zamanda Ruben Vardanyan və Nikol Paşinyan arasında da ciddi rəqabət mövcuddur. Bu da nəzərdən qaçmamalıdır".
Bu xəbəri də oxu: Britaniyanın baş naziri COP29dan VİDEO
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi analitik Azad İsazadə Xankəndidə mövcud olan hərbi-siyasi vəziyyət haqqında danışarkən deyib.
Analitik əlavə edib ki, Ruben Vardanyanın Rusiyanın emissarı olması artıq hər kəsə aydındır və qapalı məsələ deyil.
Onun sözlərinə görə, Xankəndidə Rusiya mövqeyində olan siyasətçilər o qədər nüfuzdan düşüb ki, Moskva yeni bir adama ehtiyac duyub:
"Bu səbəbdən də Vardanyanı Xankəndiyə atıblar. Atmamışdan əvvəl onunla bağlı kampaniya aparılıb. Zəngin erməninin burada yaxşı durum yaradacğı deyilib. Həm də ruslar nəzərə alıb ki, zəngin Vardanyan burada vəziyyəti qaldıra bilsə, sabah İrəvana da təsir imkanlarını əldə etmiş olacaq. Amma çox güman ki, Ruben Vardanyan məcbur olacaq ki, Xankəndini birdəfəlik tərk etsin.
Əvvəla, Azərbaycan onu qəbul etmir, cinayətkar sayır. İkincisi, Ermənistan daxilində hətta bir-birinə zidd olan siyasi qüvvələrə Ruben Vardanyan rəqib kimi lazım deyil".
Analitik söyləyir ki, hərbi baxımdan durum bir qədər fərqlidir: "Ordu olmayan, olsa belə Azərbaycana müqavimət göstərə bilməyəcəklər. Maksimum təxribatlara əl ata bilərlər. Bu halda Azərbaycan anti-terror əməliyyatı keçirə bilər. Vardanyan deyir ki, mübarizə aparacağıq. Amma fakt odur ki, orada ordu yoxdur. Azərbaycan istəsə Xankəndiyə daxil ola bilər. Hətta İrəvana qədər çata bilər. Sadəcə Azərbaycan qarşısına belə məqsəd qoymayıb".
Ruben Vardanyan Moskvadan Xankəndiyə ötən ilin sentyabr ayında gəlib. O, b
"Rep kralı" ləqəbi lə tanınan Bernard Qrin vəfat edib.
"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fo
Dünyaca məşhur pop ifaçısı Madonnanın həyatından bəhs edəcək film t�
Dünyanın bir-birinə ən çox oxşayan əkizləri eyni vaxtda eyni kişidən u
Müavinət və təqaüdlər yeni artımlarla birgə verilib
Rusiya müharibənin 337-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda mə
Dünyaca məşhur müğənni Şakiraya xəyanəti gündəmdən düşməyən Jera
Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun
Rusiya sülhməramlılarına məxsus daha 1 minik avtomobili Laçın yolundan ke
ABŞ Maliyyə Nazirliyi Rusiyadan olan bir sıra fiziki və hüquqi şəxslər b
Evləri üçün pilləkən sifariş edən bu şəxslər aldadıqlarını iddia e
"Yürek çıkmazı" serialında rol alan aktyor Alp Navruz siması old