“DSMFyə illərlə pul ödəmişik, cibə gedirmiş”


Digərləri 26 Yan 2023 20:48:00 251 0

“DSMFyə illərlə pul ödəmişik, cibə gedirmiş”

"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi. Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş. Demək hər ay, illərlə soyulmuşam, yağmalanmışam. Bu, azmış kimi, gələcəyimdən də oğurlanıb..."

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aparıcı Ülvira Qarayeva sosial şəbəkə hesabında yazıb.

Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərinin fərdi hesabda toplanmamasından şikayət edən aparıcı bildirib ki, hər ay vaxtlı-vaxtında vergiləri ödəyib, hətta elə ay olub ki, bu ödənişlərə maaşından aylıq 200 manat çıxılıb. Ü.Qarayevanın fikirlərinə vaxtilə sözügedən qurumda çalışan onlarla jurnalist qoşulub. Uzun müddət məcburi sosial sığorta ödənişlərini etmələrinə baxmayaraq, onlar da həmin məbləğlərin DSMF-nin sistemində görünmədiyini bildiriblər. 

Aparıcı bununla bağlı sözügedən saytdan çıxarışı da paylaşıb: 

Analoji problemlə təkcə mətbuatda çalışanlar üzləşməyiblər. Digər şirkətlərdə, hətta bəzi dövlət qurumlarında da oxşar vəziyyət yaşanır. E-sosial reyestrində qeydiyyatdan keçib Pensiya Fonduna yığılan məbləğlə tanış olanda məlum olub ki, illərlə ödənilən vəsait fərdi hesabda toplanmayıb. Bura həm DSMF-də tarixçələrin elektronlaşdırılmasından - 2006-cı ildən sonrakı, həm də kağız üzərində uçotun aparıldığı dövrə aid sənədləşmələr aiddir. 

Bəs bu problem nədən qaynaqlanır? Bu halla qarşılaşan vətəndaş nə etməlidir? Vətəndaşın çalışdığı şirkətin hazırda fəaliyyətini dayandıra biləcəyini nəzərə alsaq, fərdi hesabda toplanmış kapitalı necə bərpa etmək olar?

İqtisadçı ekspert Rəşad Həsənovun "Qafqazinfo"ya bildirdiyinə görə, sözügedən problem müxtəlif səbəblərdən yaranıb: "Kağız üzərində uçotun aparıldığı dövrlə əlaqədar bir neçə səbəbdən ciddi nöqsanlar var idi. Bunlardan biri həmin dövrdə aidiyyəti dövlət qurumlarının əməkdaşlarının səmərəsiz, bəzi hallarda isə bilərəkdən nöqsanlı fəaliyyətindən qaynaqlanır. Düzgün olmayan kodlaşmanın aparılması nəticəsində insanların ödədikləri vəsaitlərin əhəmiyyətli hissəsi adsız hesablara toplanıb. Bu, şəxslərin indiki halda hesablanmış kapitalında öz əksini tapmır. 

İkincisi, müəssisələrin mühasiblərinin nöqsanları səbəbindən kağız üzərindən verilən hesablarda uçotu düzgün aparmamaları və eyni zamanda aidiyyəti dövlət qurumlarının təmsilçilərinin də həmin dövrdə bu məsələyə adekvat reaksiya ortaya qoymaması, daha asan yolla həmin vəsaiti yenə də adsız hesaba köçürməsi ilə əlaqədar bu hallar yaşanıb". 

R. Həsənov həmçinin əlavə edib ki, digər məqam sonrakı dövrdə tarixçənin elektron kabinetlərə köçürülməsi ilə əlaqədar müşahidə edilir: "2006-cı ildən bu tarixçələr elektronlaşdı və hər kəsin kabineti yaradıldı, keçmiş dövrdəki tarixçənin kabinetlərə köçürülməsinə ehtiyac yarandı. Bu dövrdə işçilərin məsuliyyətsiz davranışları və digər səbəblərdən ödənişlər vətəndaşların hesablarında əks olunmayıb. Artıq demək olar ki, bütün məlumatlar işlənib. Vətəndaşların əgər məcburi dövlət sosial sığorta haqqı, ödədikləri vəsaitlər onların fərdi hesablarında qeydiyyata alınmayıbsa, bu zaman aidiyyəti üzrə dövlət qurumuna müraciət etməlidirlər".

Ekspert tövsiyə edir ki, vətəndaşlar sosial.az səhifəsindən öz kabinetlərinə daxil olmaqla kapitallarını yoxlasınlar. Hansı illərdə, hansı iş yerlərində, hansı əmək müqavilələri ilə işlər həyata keçirilib orada əks olunur. Bunu yoxladıqdan sonra çatışmazlıqlar varsa, aidiyyəti üzrə çalışdıqları iş yerlərinə müraciət edə bilərlər. Mühasibatlıqdan müvafiq sənədlər tələb edilə bilər. Həmin sənədlər əsasında DOST Xidmətinə yaxınlaşaraq bu məsələlərin aydınlaşması üçün məsələ qaldırsınlar: "Əgər şirkət bağlanıbsa, əllərində, yaddaşlarında olan məlumatlar varsa, onları DOST Xidmətinə təqdim etsinlər. Hər kəs nəzərə alsın ki, bu vəsaitlər orada olmadığı təqdircə, onların pensiyaları hesablanarkən, həmin məbləğlər də əks olunmayacaq. Minimum kapital tələbini yerinə yetirə bilməsələr, pensiya hüququndan məhrum olunacaqlar". 

Şikayətlə bağlı hazırda yayımı dayandırılan ANS TV-nin maliyyə idarəsindən bildirildi ki, mülki müqavilə ilə işləyən şəxslər bütün vergilərə görə özləri cavabdehdirlər. 

Dövlət Sosial Müdafiə Fondundan isə sorğumuza cavab olaraq bildirildi ki, sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan bu məlumatları tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir. Ona görə də "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanuna əsasən fərdi şəxsi hesabında gəlirləri barədə məlumatlar əks olunmadıqda və ya fərqli əks olunduqda sığortaolunan məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği ilə bağlı məlumatları dəqiqləşdirmək üçün aidiyyəti quruma və ya sığortaedənə müraciət etməlidir: "Fərdi şəxsi hesabında gəlirləri barədə məlumatların əks olunmaması və ya fərqli əks olunması sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabat təqdim edilmədiyi, təqdim edilmiş hesabatda şəxsin adı sığortaolunan kimi qeyd olunmadığı, sığortaedən tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqları tam və vaxtında ödənilmədikdə, həmçinin hesabatda şəxsin adı sığortaolunan kimi qeyd edildiyi halda məlumatlar tam və düzgün qeyd edilmədikdə baş verir". 

Fonddan həmçinin bildirilib ki, əgər vətəndaşın çalışdığı qurum artıq fəaliyyətini dayandırıbsa, fərdi şəxsi hesabında gəlirlər barədə məlumatların əks olunmaması və ya fərqli əks olunmasının araşdırılması üçün ləğv olunan qurumun hüquqi varisinə müraciət edilməlidir.

Madonnanın filmi təxirə düşdü like
  • 26 Yan 20:40  
Şou-biznes Madonnanın filmi təxirə düşdü

Dünyaca məşhur pop ifaçısı Madonnanın həyatından bəhs edəcək film t�

arrow Ətraflı
Əkiz bacılar eyni kişidən eyni vaxtda hamilə qalmaq istəyir like
  • 26 Yan 20:32  
Digərləri Əkiz bacılar eyni kişidən eyni vaxtda hamilə qalmaq istəyir

Dünyanın bir-birinə ən çox oxşayan əkizləri eyni vaxtda eyni kişidən u

arrow Ətraflı
Məşhur qrup dağıldı like
  • 26 Yan 20:24  
Şou-biznes Məşhur qrup dağıldı

Amerikanın məşhur pank-rok qrupu "Panic! At the disco" dağılıb.

arrow Ətraflı
Yanvarın müavinət, təqaüd və ünvanlı yardımları artımla like
  • 26 Yan 20:18  
Digərləri Yanvarın müavinət, təqaüd və ünvanlı yardımları artımla

Müavinət və təqaüdlər yeni artımlarla birgə verilib

arrow Ətraflı
337ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı like
  • 26 Yan 20:16  
Dünya 337ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 337-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda mə

arrow Ətraflı
Şakiradan sonra ilk dəfə sevgilisi ilə FOTO paylaşdı like
  • 26 Yan 20:08  
Şou-biznes Şakiradan sonra ilk dəfə sevgilisi ilə FOTO paylaşdı

Dünyaca məşhur müğənni Şakiraya xəyanəti gündəmdən düşməyən Jera

arrow Ətraflı
Aydın Caniyev həbs olundu like
  • 26 Yan 20:01  
Digərləri Aydın Caniyev həbs olundu

Jurnalist Aydın Caniyev həbs olunub.

arrow Ətraflı
Talıbovun alim adını necə alması alimləri şoka saldı like
  • 26 Yan 20:00  
Digərləri Talıbovun alim adını necə alması alimləri şoka saldı

Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun

arrow Ətraflı
Sülhməramlılarına aid daha 1 minik maşını Laçın yolundan keçib  FOTO like
  • 26 Yan 19:55  
Digərləri Sülhməramlılarına aid daha 1 minik maşını Laçın yolundan keçib FOTO

Rusiya sülhməramlılarına məxsus daha 1 minik avtomobili Laçın yolundan ke

arrow Ətraflı
ABŞ “Vaqner” və onunla əlaqəsi olanlara sanksiya tətbiq etdi like
  • 26 Yan 19:50  
Dünya ABŞ “Vaqner” və onunla əlaqəsi olanlara sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiyadan olan bir sıra fiziki və hüquqi şəxslər b

arrow Ətraflı
Sifariş etdikləri pilləkənləri aylardır təhvil ala bilmirlər  VİDEO like
  • 26 Yan 19:49  
Digərləri Sifariş etdikləri pilləkənləri aylardır təhvil ala bilmirlər VİDEO

Evləri üçün pilləkən sifariş edən bu şəxslər aldadıqlarını iddia e

arrow Ətraflı
Alp Navruz 4.5 milyon qazanacaq like
  • 26 Yan 19:40  
Şou-biznes Alp Navruz 4.5 milyon qazanacaq

"Yürek çıkmazı" serialında rol alan aktyor Alp Navruz siması old

arrow Ətraflı
Mövsümi olmayan meyvətərəvəzlərin zərəri  VİDEO like
  • 26 Yan 19:29  
Digərləri Mövsümi olmayan meyvətərəvəzlərin zərəri VİDEO

İlin bütün fəsillərində satışda mövsümü olmayan meyvə və tərəvəz

arrow Ətraflı
Reseptsiz qəbul edilən antibiotiklərin hansı fəsadları ola bilər?  VİDEO like
  • 26 Yan 19:09  
Digərləri Reseptsiz qəbul edilən antibiotiklərin hansı fəsadları ola bilər? VİDEO

Son günlərdə yayılan virusdan sonra antibiotik dərmanların və sistemləri

arrow Ətraflı
Anasını çəkiclə öldürüb, bıçaqla başını kəsdi like
  • 26 Yan 19:00  
Digərləri Anasını çəkiclə öldürüb, bıçaqla başını kəsdi

Volqoqradda 15 yaşlı yeniyetmə anasını öldürməkdə şübhəli bilinir. O

arrow Ətraflı