Hamiləlik şübhəsi ilə həkimə getdi, şok gerçəyi öyrəndi
Digərləri 31 Yan 2025 16:00:00 71 0
33 yaşlı Emily Campbell yaşadığı şişkinlik problemlərinin ciddi xəstəliyin əlaməti ola biləcəyini heç ağlına gətirməmişdi. 2022-ci ilin dekabrında qarın bölgəsinin həddindən artıq şişdiyini və demək olar ki, yeddi aylıq hamilə kimi görünməyə başladığını hiss edəndə xəstəxanaya getdi və həyatını dəyişdirən gerçəklə üzləşdi.
Bu xəbəri də oxu: Mərkəzi Bank Azərbaycanda ucuzlaşan valyutanın adını açıqladı
Son.az dailymail-ə istinadla xəbər verir ki, həkimlər Kampbelin qlüten intoleransı səbəbindən qəbizlik yaşadığını və çox stressli olduğunu bildiiriblər. Lakin zaman keçdikcə şişkinlik artıb. Aparılan müayinələr nəticəsində pelvik bölgəsində böyük kütlənin olduğu aşkarlanıb. Məlum olub ki, qadın yumurtalıq xərçəngidir.
Kampbell kütləni götürtmək üçün əməliyyat etdirdi, lakin cərrahlar xərçəngin qalın bağırsaq və sidik kisəsi daxil olmaqla bir çox orqana yayıldığını görüblər. Qadının əməliyyatla yumurtalıqları, uşaqlığı və appendiksi götürülüb. Bu əməliyyatın nəticəsi olaraq Campbell artıq uşaq sahibi ola bilməyəcəyini də öyrənib.
Aparılan testlər Kampbelin xəstəliyin nadir növü ilə mübarizə apardığını göstərdi. Bu növ, ümumiyyətlə 20-40 yaş arasındakı qadınlarda rast gəlsə də, kemoterapiyaya yaxşı cavab verməyən xüsusiyyətə malik idi. Buna görə Campbell müalicə üsulo olaraq əməliyyatı seçdi.
Yumurtalıq xərçənginin əlamətləri arasında şişkinlik, qarın ağrısı, iştahın azalması, tez-tez sidiyə çıxma ehtiyacı, həzm pozğunluğu, qəbizlik və ya ishal, bel ağrısı, yorğunluq və izah olunmayan kilo itkisi kimi simptomlar yer alır.
Erkən diaqnoz həyat qurtara bilər, buna görə bu əlamətlərə sahib olan qadınların vaxt itirmədən həkimə müraciət etmələri tövsiyə olunur.
İsmayıl Son.az
Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl q
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçi
İrəvan meriyasında əlbəyaxa dava baş verib
Tehranın "Azadi" stadionunda baş verənlər və təhqiramiz şüarla
Kilkə konservasından içindən daş və ya kifə bənzədilən daşlaşmış
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yer�
Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) müğənni Xatirə İslamın doğu
"Ağcabədidə əl qumbarasının partlaması nəticəsində xəsarət alan
Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında rəhbər heyətdə müavinl�
Böyük Britaniya Türkiyə üçün viza müraciətini genişləndirib.
Gənc müğənni Aila Rai vəziyyəti ağırdır.
Turistlərin təcrübələrinə əsaslanaraq hazırlanan siyahı dünyanın ən