“Əfvlə yanaşı, Amnistiya aktı da ola bilər”
Digərləri 26 Yan 2023 21:00:00 278 0
"Böyük əfv olacağını gözləyirəm. Mümkündür ki, Heydər Əliyevin 100 illiyi ilə bağlı əfvlə yanaşı, Amnistiya aktı da olsun. Fevralda Milli Məclis işə başlayır. Məntiqlə Amnistiya aktı da ola bilər. Yəni buna zaman da çatır. Ehtimal edirəm ki, çox sayda insan azadlığa buraxılacaq".
Bu xəbəri də oxu: Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu mayda gözlənilən əfvlə bağlı danışarkən deyib.
Hüquq müdafiəçisi əlavə edib ki, onların 30-ya yaxın məhbus siyahısı var və həmin siyahını Prezident yanında Əfv Məsələləri Komissiyasına təqdim ediblər.
Novella Cəfəroğlunun sözlərinə görə, bununla yanaşı xahiş etmişik ki, ömürlük həbs olunan və 20 ildən çox cəza çəkən bəzi məhkumlar əfv siyahısına daxil edilsin:
"Mən demirəm ki, caniləri və banditləri buraxsınlar. Amma keçmiş OMON-çular var və onlar Qarabağ müharibəsinin ilk illərində düşmənə qarşı vuruşublar. Eləcə də "Qaranquş"lar var. Həmçinin elə insanlar var ki, təsadüfən əlindən xəta çıxıb. Bizim fikrimizcə, belə insanlara da dövlət humanist üzünü göstərməlidir ki, onlar da bu imkandan istifadə edə bilsinlər. Hər halda bizim tərəfimizdən belə tövsiyə edilib".
"Biz gözləyirik bu məsələ nəhayətdə həllini tapsın. Bildiyiniz kimi Avropa siyasi məhbus deyərək Azərbaycanın üstünə gəlir. Bu məsələni həll etsək canımız Avropa və ABŞ-dan qurtarar. Bizə ayrı söz deyə, başqa arqumentlərlə üzərimizə gələ bilmirlər. Ancaq insan haqları məsələsindən tuturlar. Necə müddətdir ki, yenə Avropada çıxış edirlər, fikirlər səsləndirirlər. Bunların qarşısını almaq, səsini kəsmək, arqumentlərini əllərindən almaq lazımdır. Niyə kişilikdən xəbərləri olmayanlar Azərbaycan dövləti haqqında söz deməlidirlər? Eləcə də Bəxtiyar Hacıyevi ilk dəfə həbs ediləndə müdafiə etmişdik. Bəxtiytar II Qarabağ savaşında böyük kampaniya keçirib, bir milyondan çox pul yığaraq cəbhəyə köməklik edib. Həm də Bəxtiyarın hansı gücü var ki, dövlətə nə etsin? Hesab edirəm ki, belə məqamlar da nəzərə alınmalıdır", - hüquq müdafiəçisi fikirlərini yekunlaşdırıb.
"Siyasi baxımdan Xankəndidə, ümumən separatçıların olduğu ərazid�
Ruben Vardanyan Moskvadan Xankəndiyə ötən ilin sentyabr ayında gəlib. O, b
"Rep kralı" ləqəbi lə tanınan Bernard Qrin vəfat edib.
"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fo
Dünyaca məşhur pop ifaçısı Madonnanın həyatından bəhs edəcək film t�
Dünyanın bir-birinə ən çox oxşayan əkizləri eyni vaxtda eyni kişidən u
Müavinət və təqaüdlər yeni artımlarla birgə verilib
Rusiya müharibənin 337-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda mə
Dünyaca məşhur müğənni Şakiraya xəyanəti gündəmdən düşməyən Jera
Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun
Rusiya sülhməramlılarına məxsus daha 1 minik avtomobili Laçın yolundan ke
ABŞ Maliyyə Nazirliyi Rusiyadan olan bir sıra fiziki və hüquqi şəxslər b
Evləri üçün pilləkən sifariş edən bu şəxslər aldadıqlarını iddia e