Yeni ssenari: İrəvan KTMTdən çıxır,
Siyasət 26 Yan 2023 21:07:00 255 0
AB-nin Ermənistandakı missiyası ilə bağlı belə bir ssenarinin həyata keçirilməsi gözlənilir. Birinci mərhələdə missiya Ermənistana geniş tərkibdə gələcək. Sonra İrəvan sözügedən missiyanın müşahidə missiyasından hərbi missiyaya çevrilməsini təmin etməyə çalışacaq. Ardınca Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərində fasilə və gərginlik müşahidə olunacaq, ola bilsin ki, Rusiyanın Gümrüdəki hərbi bazası bağlansın və İrəvan KTMT-dən çıxsın.
Son.az axar.az-a istinadən bildirir ki, bunu "Milli Müdafiə" jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
"Bütün bunlar AB-nin Ermənistan siyasətində iştirakını daha da genişləndirəcək. İrəvan AB-nin himayəsi altında növbəti təxribatlara əl atacaq və Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının Qərb hərbi kontingenti ilə dəyişdirilməsini tələb edəcək. Bu, Nikol Paşinyan tərəfindən yox, Qərb tərəfindən yazılmış bir ssenari ola bilər. Paşinyan isə Qərbin bütün istəklərini yerinə yetirəcək. Ona görə ki, onun komandası birmənalı olaraq antirusiya siyasətinə meyillidir, qərbyönlüdür.
Məqsəd regionda Qərbin hökmranlığıdır. Qərb Rusiyanı sıxışdırıb çıxarmaq, onun üçün yeni destabilizasiya zonası yaratmaq, Azərbaycanın xarici və müdafiə siyasəti sahəsində suveren qərarlar qəbul etməsinə məhdudiyyətlər yaratmaq istəyir. Bu, həm də Azərbaycanın milli maraqlarının, milli təhlükəsizliyinin təmin edilməsində ən mühüm qərarların qəbulunda əl-qolunu bağlamaq məqsədi güdür. Müvafiq qərarların qəbulu məntiqini təhlil edəndə Moskva və Bakının vahid mövqedən çıxış etdiyini nəzərə alsaq, Qərbin başlıca məqsəd budur. Bölgədə xarici oyunçulara ehtiyacımız yoxdur. Bütün məsələlər müstəsna olaraq region dövlətləri tərəfindən həll edilməlidir. AB missiyasının Ermənistana göndərilməsi digər məsələlərlə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi də daxil olmaqla, ən mühüm logistika layihələrinin icrasını pozmağa yönəlib. Bu marşrut Rusiya üçün Avropa ilə əlaqənin kəsilməsi fonunda son dərəcə vacibdir. Ona görə də bu, həm Rusiyanın, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına - ümumiyyətlə, Fransanın və AB-nin manipulyasiya obyekti olan Ermənistan istisna olmaqla, regionun bütün məsul oyunçularına zərbədir", - o bildirib.
Millət vəkili Erkin Qədirlinin blogerə müsahibəsində özünün belə demo
Pilləkın çıxarkən qərinə yorğunluq, təngnəfəslik hissi nəcislə müt
Biz İrəvanın KTMT missiyasının göndərilməsi istiqamətində işi məntiq
Rusiyanın Yekaterinburq şəhərində yerli erməni icmasının rəhbəri (dias
"Böyük əfv olacağını gözləyirəm. Mümkündür ki, Heydər Əliyevi
"Siyasi baxımdan Xankəndidə, ümumən separatçıların olduğu ərazid�
Ruben Vardanyan Moskvadan Xankəndiyə ötən ilin sentyabr ayında gəlib. O, b
"Rep kralı" ləqəbi lə tanınan Bernard Qrin vəfat edib.
"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fo
Dünyaca məşhur pop ifaçısı Madonnanın həyatından bəhs edəcək film t�
Dünyanın bir-birinə ən çox oxşayan əkizləri eyni vaxtda eyni kişidən u
Müavinət və təqaüdlər yeni artımlarla birgə verilib
Rusiya müharibənin 337-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda mə
Dünyaca məşhur müğənni Şakiraya xəyanəti gündəmdən düşməyən Jera