İrəvanda müharibə hazırlığı, Bakıda
Digərləri 26 Yan 2023 21:06:00 278 0
Millət vəkili Erkin Qədirlinin blogerə müsahibəsində özünün belə demokratik yolla seçilməsinə şübhə etdiyini bildirməsi MM üzvləri arasına bomba kimi düşüb: bunu erməniyə işləyən açıqlama sayan kim, təhqir hesab edən kim...
Bu xəbəri də oxu: "Show tv" satıldı Yeni sahibi bu şəxsdir FOTO
Ciddi müsahibənin min kilometrliyindən belə keçməyən, əyləncə-şou mahiyyətli tiktokçu açıqlamanın millət vəkillərini niyə bu qədər narahat etdiyi özü heyrətamizdir. Adamı heyrətə salan həm də odur ki, hər gün Azərbaycana qarşı bir bəyanat çıxır, əleyhimizə kampaniyalar aparılır, düşmən durmadan işləyir, nəinki bu barədə fikirlərini xarici dillərdə, heç Azərbaycan dilində oxucularına çatdırmayan, siyasətdən daha çox bizneslə məşğul olan deputatlar indi əsəbiləşəsi olublar: bir-birinin ardınca Erkin Qədirlini yıxıb-sürüyürlər...
Son.az axar.az-a istinadən bildirir ki, bu qədər şəxsi maraqmı olar? Erkin Qədirlinin sözü sizin şəxsi müstəvidə "maraqlarınıza" toxunur, ona görəmi belə hay-küy salmısınız? Bir tiktok-şou-əyləncə süjeti, cəmi bir dəqiqəyə çatmayan mənasız-məzmunsuz-hədəfsiz sual-cavaba da belə reaksiyamı verərlər?
Ruben Vardanyan "Hard Talk"da Azərbaycan əleyhinə fikirlərini onmilyonlara çatdırır - sizin reaksiyanız sıfır!
Mirzoyan artıq müharibə haqda danışır, Azərbaycan barədə siyasi müstəvidə xeyli anti-təbliğat aparandan və istəyinə əhəmiyyətli dərəcədə nail olandan sonra hərbi ritorikaya keçir - bizim millət vəkillərinin cınqırı çıxmır!
Ermənistan cidd-cəhdlə silahlanır, İran PUA-lar, raketlər, komplekslər bağışlayır, Ukraynadan silah daşınır, İrəvan orduya yatırımları artırır - millət vəkillərinin bir analitik yazısı yoxdur!
Avropa Birliyi "mülki missiya" adı ilə hərbçilərdən ibarət böyük bir komandanı Ermənistana göndərir və hər kəsə bəllidir ki, onlar monitorinq aparmağa yox, Ermənistanı "NATO standartlarına keçirməyə", erməni əsgərlərinə təlimə gəlirlər - bir deputat bu barədə narahat olmur!
46 gündür Şuşa yaxınlığında ekofəallar sürətlə silahlanan Ermənistanın Xankəndiyə silah-sursat, əcnəbi mütəxəssis göndərməsinin qarşısını alır və əsl mücadilə verirlər - Milli Məclisin üzvlərindən bircəciyi indiyə qədər onlara baş çəkməyib!
Ancaq özlərinə aid bircə xoş olmayan şou xarakterli mənasız bir söhbətə elə reaksiya verirlər ki, sanki bu, milli məsələdir. Hətta bunu "ermənilərə işləyən açıqlama" kimi qələmə verməkdən belə çəkinmirlər.
"Ermənilərə işləmək" indiki vəziyyətdə milli məsələlərdə susqunluqdur, öz vəzifəni yerinə yetirməməkdir, şəxsi əlaqələrindən və dövlətin sənin üçün yaratdığı maddi imkanlardan ölkəmizin maraqları naminə istifadə etməməkdir, Azərbaycanın təbliğatını aparmamaqdır, düşməni izləməmək, hansı təhlükəli oyunlar getdiyini görməmək və yaxud görüb də susmaqdır!
Yalnız bahalı maşınlarının sayını artırmaqla məşğul olan biznesmen deputatların bircəciyi o maşınlardan birini satıb, Sakurla görüşə getməyi ağlından keçirirmi? Milyonları olan deputatlardan bircəciyi Qərbin nüfuzlu media qurumları ilə xoş münasibət saxlayırmı?
Son bir neçə ayda hansı beynəlxalq media qurumunda bir millət vəkilinin milli məsələ ilə bağlı açıqlaması yayılıb, Laçın yolundakı aksiyanın səbəbləri ilə bağlı hansı millət vəkili neçə xarici mediaya məlumat göndərib?
Xarici medianı bir kənara qoyun, Türkiyənin böyük media qurumlarından hansında bizim deputatların bircəciyinin açıqlaması var?
Pilləkın çıxarkən qərinə yorğunluq, təngnəfəslik hissi nəcislə müt
Biz İrəvanın KTMT missiyasının göndərilməsi istiqamətində işi məntiq
Rusiyanın Yekaterinburq şəhərində yerli erməni icmasının rəhbəri (dias
"Böyük əfv olacağını gözləyirəm. Mümkündür ki, Heydər Əliyevi
"Siyasi baxımdan Xankəndidə, ümumən separatçıların olduğu ərazid�
Ruben Vardanyan Moskvadan Xankəndiyə ötən ilin sentyabr ayında gəlib. O, b
"Rep kralı" ləqəbi lə tanınan Bernard Qrin vəfat edib.
"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fo
Dünyaca məşhur pop ifaçısı Madonnanın həyatından bəhs edəcək film t�
Dünyanın bir-birinə ən çox oxşayan əkizləri eyni vaxtda eyni kişidən u
Müavinət və təqaüdlər yeni artımlarla birgə verilib
Rusiya müharibənin 337-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda mə
Dünyaca məşhur müğənni Şakiraya xəyanəti gündəmdən düşməyən Jera