Həqiqi və mücərrəd sevgi
Digərləri 26 Yan 2023 21:50:00 354 0
Bu kainatı bir ağac hesab eləsək, onun meyvəsi insandır. Bir ağacda hər şey meyvənin yetişib başa gəlməsinə xidmət elədiyi kimi, bu kainatda da hər şey insan üçündür.
Bu xəbəri də oxu: Bu 2 qidanı soyuducuya qoymayın Zəhər saçır
Günəşi, ayı, ulduzları, küləyi, çiçəyi, qarışqanı, balığı, inəyi, otu, atı, buludu, gördüyün hər şeyi Allah-Təala insanın istifadə etməsi, faydalanması üçün yaradıb. Bütün yaradılmışlar bir üzük, insan isə o üzüyün qaşıdır. İnsanın istifadəsinə verilmiş hər şey ona Allahın əmanətidir. İnsan bu əmanətin dəyərini biləcək və öz ibadətində onların şükrünü də öz şükrünə əlavə edəcək. Yəni Allahını tanıyan, Ona ibadət edən bir insan bir növ faydasını gördüyü bütün canlıların duasını da Allaha təqdim etmiş olur, ona süd verən inəyin də, hər şey bitirən torpağın da, meyvə yetişdirən ağacın da, balıq bəsləyən dənizin də...
Allah-Təala öz sevdiklərini sevərək yaradıb. Sevgi - yaradılışın səbəbidir. Ən böyük sevgi Allahın öz yaratdıqlarına olan sevgisidir. İnsan üçün ən gözəl sevgi isə Allahı sevməkdir. Bu sevgi həqiqi sevgidir. Bu sevgi elə bir sevgidir ki, vüsalı öz içindədir, yəni həsrət söhbəti yoxdur. Belə bir məqama yüksələnlər üçün ölüm ən gözəl vüsaldır, canın Canana qovuşmasıdır. İnsanın insana olan sevgisi isə klassik ədəbiyyatımızda mücərrəd sevgi adlanıb. Çünki bu sevgidə narahatlıq var, həsrət var, iztirab var, ayrılıq var.
***
Bir bəndə Allah-Təalanı və Rəsulullahı (s.ə.s.) sevirsə, onun bu sevgisi Allah-Təalanın ona ən böyük lütfüdür. Çünki hər kəs öz sevdiyinə qovuşmaq istər. Sevdiyinə qovuşmağın da yolu sevgilinin buyruqlarını yerinə yetirməklə mümkün olur. Rəsulullah buyurur ki, qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaq. Yəni Mövlanı sevən Mövlanın, Leylanı sevən Leylanın yanında olacaq.
***
Ərzurumlu İbrahim Həqqi deyir:
Təqdirini dərk eylə,
Tədbirini tərk eylə.
Mövla görəlim neylər,
Neylərsə gözəl eylər.
Yəni bəndənin Allaha nə qədər güvənməsi onun imanının dərəcəsi ilə bağlıdır. İnsan inanmalıdır ki, Allah-Təala onun haqqında hər zaman xeyirli olanı təklif edir. İnsan əldə etdiyi bütün uğurları Allahdan bilməlidir, yəni mən qazanmadım, O lütf etdi. Yaşadığı uğursuzluqları da özündən bilməlidir. Düşünməlidir ki, yaşadığı bu sıxıntı hansısa xətasının nəticəsi kimi başına gəlir. Niyə? - Çünki Allah ən böyük dostdur. O, bəndəsini ananın övladını sevdiyindən də çox sevir və heç zaman onun zərərə uğramasını istəməz. Amma bir insan israrla başını bəlaya soxmaq istəyirsə, bu da onun öz seçimidir və məsuliyyətini də özü daşıyır.
***
Möhtəşəm bir söz:
Dost istərsən, Allah yetər; həmdəm istərsən, Quran yetər; ibrət istərsən, ölüm yetər.
Allah-Təala öz bəndəsinə o bəndənin boynunun şah damarından da yaxındır, amma bu heç də o mənaya gəlməz ki, bəndə də Allahına o qədər yaxındır.
Allah-Təala öz bəndəsi ilə dost olmaq istər və bunun üçün öz şərtlərini də ortaya qoyub. Allahla dost olmaq istəyən o şərtləri yerinə yetirsin və arzu elədiyi məqama yetişsin.
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3
"Virus infeksiyalarından qorunma tədbirləri ciddi olaraq fərqlənmir&qu
"Vaxtilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaranand
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustavayev erməni saxtakarlığı
Depressiya, apatiyadan dərmansız xilas olmaq üçün insandan planlı hərək�
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Əmə
Həddini bilmək əxlaqın təməl prinsiplərindəndir. Həddini bilməyən az�
Hibrid immunitet koronavirus infeksiyasına qarşı ən yaxşı qalxandır.
Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu
Əgər körpə və ya azyaşlı uşaq gözdən yayınıb alkoqollu içki içərs
Azərbaycanda LOR həkimə qeyri-adi travma ilə pasiyent gətirilib.
Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtma
Mədə turşuluğunun yüksəlməsi, göynəmə və yanma ürəyə zərərlidir.
İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam
AB-nin Ermənistandakı missiyası ilə bağlı belə bir ssenarinin həyata ke�