Avropa Parlamentindəki "92"lər və... ermənilərə satılan


Siyasət 19 Yan 2023 22:24:00 371 0

Avropa Parlamentindəki "92"lər və... ermənilərə satılan

Avropa Parlamenti növbəti dəfə öz daşnak simasını göstərdi. Bəşəri dəyərlərin, beynəlxalq hüququn, əlahəzrət faktların ondan ötrü zərrəcə önəm kəsb etmədiyini bir daha nümayiş etdirdi. Onların hamısını yenə "əzabkeş xalq"ın "timsah göz yaşları"na qurban verdi. Əslində isə özünü bununla neçənci dəfə rüsvay etdi.

Söhbət qurumun 18 yanvar tarixində təsdiqlədiyi və 44 günlük Vətən müharibəsindən sonra sayca üçüncü anti-Azərbaycan qətnaməsindən gedir. Hansı sənəddə ki, yenə reallıqlara dəxli olmayan, böhtan mahiyyətli bir çox bəndlər yer alır. Məsələn, Azərbaycan guya Ermənistana hərbi təcavüz edib. Hərçənd sərhədlər şərti xarakter daşıyır. Yaxud guya azərbaycanlılar Laçın yolunu "blokadaya" alıblar. Halbuki az qala, separatçılar da etiraf ediblər ki, yol humanitar məqsədlər (yüklər, xəstələr, ərzaq və s.) üçün açıqdır və heç vaxt da bağlı olmayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, son bir ayda oradan humanitar yüklər daşıyan yüzlərlə avtomaşın keçib. Laçın yolu yalnız qanunsuz silah-sursat, qanunsuz iqtisadi fəaliyyətlər üçün bağlıdır ki, bu da Azərbaycanın suveren haqqıdır. Nə barədə ki, sənəd adlandırılan həmin mənasız kağız parçasında heç olmasa, formal balans naminə bir kəlmə də deyilmir. Sanki Laçın yolunda heç etiraz aksiyası-zad yoxdur, yalnız "yazıq erməniləri genosid" eləmək üçün bir dəstə "vəhşi türk" əraziyə yığışaraq yolu kəsib...

Qətnamədə yuxarıdakı sərsəm iddialarla yanaşı, çoxdan tarixin zibilliyinə atılmış "Madrid prinsipləri"nə istinadlar var. Ancaq ondansa yaxşı olmazdımı ki, qurum keçən ay Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsinin dərdini çəkəydi?! Korrupsiya qalmaqalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"nın əsiri olan Avroparlamentin Azərbaycana ağıl verməyə, yol göstərməyə mənəvi haqqı yoxdur, ola bilməz!

Bu da növbəti dəlil: Ermənistanın ərazi bütövlüyündən dəm vuran qurumun sənədində Azərbaycanın ərazi bütövlüyü haqda heç nə deyilmir. Nədən? Sizlər üçün Güney Qafqazda yalnızca Ermənistan adlı saxta və terrorçu dövlətin ərazi bütövlüyümü əzizdir? Bölgədə başqa dövlət yoxmu? Başqa yandan, Azərbaycanı "qoşunlarını Ermənistan ərazisindən çıxarmağa" çağıran qurum nə üçün Ermənistanı öz ordusunu Azərbaycanın hələ də işğal altında saxladığı 8 kənddindən geri çəkilməyə səsləmir?

Təəccüblü deyil əslində. Çünki artıq kimsədə şəkk-şübhə qalmayıb ki, Avropa Parlamenti irqçi, faşist qafalıların toplaşdığı bir islamafob, Azərbaycanofob, türkofob qurumdur. "İkili standartları" ilə tanınan "xristian klubu"dur. Qardaş Türkiyənin 60 ildən çoxdur AB-yə üzvlük üçün qapı arxasında gözlədilməsinin tək səbəbi bu. 21-ci əsrdə, Avropanın "göbəyində" bu qurumun əksər üzvlərinin Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması doğrudan da utancverici, biabırçı haldır, "Qoca qitə" adına rəzalətdir.

Avropa Parlamenti, yoxsa Ermənistan parlamenti?

Ümumiyyətlə Avropa Parlament var ikən Ermənistan parlamentinə görəsən nə ehtiyac, əgər erməni puluna satılmış bu qurum Azərbaycana qarşı ermənilərdən də da artıq yaxa cırıb həyasızlıq edirsə, ünvanımıza şər-böhtan, iftira yağdırırsa, hətta ermənidən çox "miatsum" dərdi çəkirsə. Yoxsa ki, sənəddə çoxdan gorbagor olmuş Minsk Qrupu və onun "öz müqəddəratını təyinetmə haqqı" da daxil, üzdəniraq "həll prinsipləri", "Madrid prinsipləri" niyə əksini tapsın ki? Ərazi bütövlüyümüzə və suverenliyimizə qaba hörmətsizliyin başqa bir nümunəsi kimi, mövcud olmayan "Dağlıq Qarabağ" ifadəsi az qala hər cümlədə niyə işlədilsin ki?

Bu təsisat gerçəkdənmi bayırda 2023-cü ilin olduğundan bixəbərdir? Erməni lobbisi tərəfindən bəslənən həmin saxtakar və fitnəkar "demokrat" çoxluqdan soruşmaq istəyirsən: nədən Donbasdakı, Krımdakı əhaliyə də öz müqəddəratını təyinetmə haqqı tanımırsınız? Ona görə ki, Rusiya erməni lobbisi kimi sizi siz pulla ələ almayıb, bahalı hədiyyələrlə bəsləmir? Və gerçəkdənmi düşünürsünüz ki, Azərbaycan dövləti sizin bunca aşırı həyasızlığınıza və saxtakarlığınıza, "Dəvəquşu siyasəti"nizə baş əyəcək?

O qətnamələrin dəstəsi belə, heç vaxt qara qəpiklik dəyərdə olmayacaq, necə ki, deyil. Çünki barmaqdan sovrulmuş yalanlar əsasında, beynəlxalq hüququn ayaqaltı edilıməsi nəticəsində qəbul edilən sənədlərin ömrü uzun olmaz! Yeri isə Minsk Qrupu kimi tarixin zibilliyi olar!..

Sənəddə "blokada"dan, "genosid"dən, 10 noyabr sənədinə Bakının əməl etməli olmasından danışılır, bir ovuc erməni separatçısının halına yanır avro-deputatlar. Sanki sənədi bur erməni-daşnak tərtib edib. 44 günlük müharibədən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər vətəndaşımız partlayışların qurbanına çevrilib. 10 noyabr kapitulyasiya sənədinə zidd olaraq Ermənistan qoşunları hələ də Qarabağdan tam şəkildə çıxarılmayıb. Həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol bu günədək açılmayıb. Gerçək blokada bu! Nədən bütün bunlar "ədalət carçısı" Avropa Parlamentinin yadına düşmür?

İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yol bu tarixdə  hazır olacaq

Ən absurdu odur ki, neçə vaxtdır heç Ermənistanın özü "Madrid prinsipləri"nə istinad etmir. Xeyir ola? Hədəf nədir - Şarl Mişelin moderatoru olduğu Brüssel sülh prosesini həmişəlik dəfn eləmək və Rusiyanın "yolunu" açmaq?..

Daha bir fakt. Vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin zaman bu layihənin Avropanın enerji təhlükəsizliyində nə dərəcədə mühüm rol oynadığını isbatladı. Bu mənada Avropa Parlamenti həqiqətən də oturduğu budağı kəsməklə məşğuldur. Babalı öz boynuna...

P.S. Sənədin lehinə Avroparlamentin 407 deputatı səs verib. 92 nəfər əleyhinə çıxıb, 142 deputat bitərəf qalıb. Təşəkkürlər, "92"lər!..

90 yaşlı kişinin ibrətamiz əhvalatı  Ağvalideynliyin acı nəticəsi like
  • 19 Yan 22:20  
Digərləri 90 yaşlı kişinin ibrətamiz əhvalatı Ağvalideynliyin acı nəticəsi

İnsanların qəlbində olan qarşılıqlı məhəbbət hissi Allahın bizə bə

arrow Ətraflı
Sülhməramlılara aid 2 maşın Laçın yolundan like
  • 19 Yan 22:17  
Siyasət Sülhməramlılara aid 2 maşın Laçın yolundan

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha ü�

arrow Ətraflı
Ceyhun Bayramov Niderlandın xarici işlər naziri ilə like
  • 19 Yan 22:16  
Siyasət Ceyhun Bayramov Niderlandın xarici işlər naziri ilə

19 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na

arrow Ətraflı
Ətirli nəm salfetlərdən çox istifadə edənləri gözləyən like
  • 19 Yan 22:15  
Digərləri Ətirli nəm salfetlərdən çox istifadə edənləri gözləyən

Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə

arrow Ətraflı
Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar like
  • 19 Yan 22:10  
Digərləri Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar

Valideynə yaxşılıq etməyin müsbət nəticələrindən biri də canverməni

arrow Ətraflı
Hamilənin qripə yoluxma uşağa ziyandırmı? like
  • 19 Yan 22:05  
Digərləri Hamilənin qripə yoluxma uşağa ziyandırmı?

Hamiləlik zamanı qrip, respirator virusların keçirilməsinin uşağa hansıs

arrow Ətraflı
Krediti olanlara MÜHÜM XƏBƏR: like
  • 19 Yan 22:02  
Digərləri Krediti olanlara MÜHÜM XƏBƏR:

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

arrow Ətraflı
Saat 17:00dən sonra çay içməyin like
  • 19 Yan 22:01  
Digərləri Saat 17:00dən sonra çay içməyin

Düzgün dəmlənmiş təbii çay susuzluğu yatırır, xolesterini aşağı sal

arrow Ətraflı
Bakıda azyaşlı qız oğurlanıb? like
  • 19 Yan 22:00  
Digərləri Bakıda azyaşlı qız oğurlanıb?

Bakının Binəqədi rayonunda azyaşlının oğurlanması barədə sosial şəb

arrow Ətraflı
Azərbaycan və Kuba XİN rəhbərləri like
  • 19 Yan 21:58  
Siyasət Azərbaycan və Kuba XİN rəhbərləri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kubanı

arrow Ətraflı
Milli Məclis Avropa Parlamentinə like
  • 19 Yan 21:57  
Siyasət Milli Məclis Avropa Parlamentinə

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parl

arrow Ətraflı
Uşağı yaxşı işlərə təşviq etməyin yolları like
  • 19 Yan 21:55  
Digərləri Uşağı yaxşı işlərə təşviq etməyin yolları

Uşağın tərbiyəsində olduqca faydalı və təsirli üsullardan biri də onu

arrow Ətraflı
Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi? like
  • 19 Yan 21:50  
Digərləri Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?

İslam dini valideynə hörmət etməyi, onlara tabe olmağı vacib bilib. Hətt

arrow Ətraflı
Beyin hüceyrələrini qorumaq istəyirsinizsə, like
  • 19 Yan 21:45  
Digərləri Beyin hüceyrələrini qorumaq istəyirsinizsə,

Yaşlı insanlarda beyin hüceyrələrinin məhv olunması və zədələnməsi n

arrow Ətraflı
Uşağa fiziki tənbehin pis təsirləri like
  • 19 Yan 21:40  
Digərləri Uşağa fiziki tənbehin pis təsirləri

Bəzən fiziki tənbehin əlacı olmayan zərərləri olur. O cümlədən:

arrow Ətraflı