Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?
Digərləri 19 Yan 2023 21:50:00 369 0
İslam dini valideynə hörmət etməyi, onlara tabe olmağı vacib bilib. Hətta valideynlərə qarşı etinasızlığı, onlara "ehh" deməyi belə qadağan edib:
Bu xəbəri də oxu: Paşinyan buna görə saqqalını qırxıbmış FOTO
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: 'Uf!' belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (İsra-23)
İnsan əməlləri dini meyar baxımından vacib, müstəhəb (savabı olan), haram , məkruh (bəyənilməyən) və mübah (savabı və ya günahı olmayan) kimi qismlərə bölünür.
Vacib və haram kimi qəti hökmü olan əməllərdə heç bir halda valideynin övlada müdaxiləsinə (qadağa qoymasına) icazə verilmir. Cünki bunlar Mütəal Allahın vacib buyurduğu hökümlərdir.
Yuxarıda qeyd etdiyimiz ayədə göründüyü kimi Allah yalnız Özünə ibadət vacib etmişdir: "Rəbbin yalnız Ona ibadət etməyi ... buyurmuşdur...".
Bununla belə heç bir halda valideyni incitməyə, kobud rəftara və yuxarı səs tonu ilə danışmağa icazə verilmir. Əgər ilahi vacibata mane olarsa belə onlarla gözəl şəkildə dil tapmaq lazımdır.
Müstəhəb əməllərə gəlincə isə valideynin icazəsi nəzərə alınmalı, onların icazəsinə uyğun davranmaq tövsiyə olunur. Bu kimi müstəhəb əməllərdə valideynlərdən icazə almağın vacibliyinə gəlincə isə "hawzahnews.com" xəbər saytı Ayətullah Seyyid Muhəmməd Həkimin dəftərxanasına sual ünvanlayıb:
Sual:
Əgər valideynlər övladlarının müstəhəb əməllərin icrasına narazı olarlarsa, onlara itaət etmək vacibdirmi?
Cavab:
Evdə səfa-səmimiyyət, xoş yaşam ona bağlıdırsa bu miqdar icazə vacibdir.
Həmçinin Ayətullah Məkarim Şirazi buyurub:
"Bu kimi işlərdə onlarla muxalifətçilik etmək onların əziyyətə düşməsinə səbəb olarsa gərək müxalifət edilməsin.
Müstəhəb əməllərdə valideynlərə tabe olmamaq onların əziyyətə düşməsinə səbəb olarsa, gərək onların sözü önə keçsin. Bu halda (müstəhəb əməllərdə) onların sözü vacib olur."
Yaşlı insanlarda beyin hüceyrələrinin məhv olunması və zədələnməsi n
Bəzən fiziki tənbehin əlacı olmayan zərərləri olur. O cümlədən:
İnsan heç olmasa həftədə 3 dəfə balqabaq yeməlidir.
Tehran və Moskvanın əla münasibətlərinə baxmayaraq, İran Krımın, eləc
Avroparlament dünənki addımı ilə AB və Azərbaycan münasibətlərinə xə
Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz or
ABŞ Kənd təsərrüfatı nazirliyi Şimali Karolina universiteti ilə birgə e
"Zəngəzur dəhlizinin açılması üçün cəhdlər edilir".
Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Nati
"Vəziyyət gərgindir, hər iki tərəf güc yığır və zərbə vurmağa
Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq o
49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib.
Bədənimiz daim qocalır. Bu, heç kimə sirr deyil, bütün səylərimizi qoca
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi feysbuk səhifəs
Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından