Qaynı arvadının ölümünə səbəb olmuşdu
Digərləri 24 Noy 2024 13:50:00 47 0
Estetik cərrah, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın əməliyyat etdiyi daha bir pasiyentin vəziyyətinin ağır olduğu deyilir.
Bu xəbəri də oxu: Xərçəngdən qoruyan 5 qida
Son.az xəbər verir ki, bu haqda ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında məlumat yayıb.
"Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib.
1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə "Liv Bona Dea" Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib", - Q.Ataşova məlumat verib.
Jurnalistin sözlərinə görə, xəstənin bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də məlum deyil:
"Bu faciənin ən düşündürücü tərəfi isə Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir. Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə "həkim" deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir. Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır. Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan "həkimlər" də qanun qarşısında cavab verməlidir.
Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?"
Tarzən Humay Qədimova Xalq artisti Gülyaz Məmmədovaya maraqlı sürpriz haz
Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elekt
Xəbər verdiyimiz kimi, Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ö
Toyları "Buta Palace"da olmuş cütlüyü boşadım. Dekorasiyaya 60
Müasir Aralıq dənizi tədricən quruma təhlükəsi ilə üz-üzə olduğu bi
Bəzi sürücülər avtomobilin nəinki arxa yan, o cümlədən qabaq yan və al
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk
"Hekayəni doğru çatdıra bilmədik deyə "Gizli bahçe" seria
Paytaxtda bu gün duman, çiskin və yağış yağacağı ehtimalı var.
Orta təhsilini Cəlilabad şəhəri səkkiz saylı Texniki və Humanitar fənl�
Heydər Əliyev Beynəlxalq Aeroportunun BMT-nin İqlim Dəyişmələri üzrə �
Son statistikaya görə, insanlar bir-biri ilə ən çox onlayn pratformalarda t
"COP29-dan sonra taksi qiymətlərinin bahalaşması ehtimalı var. Çünki
Türkiyənin Afyonkarahisar rayonunda qəza baş verib.
Dünyanın ən xoşbəxt şəhəri mövzusunda fərqli tədqiqatlar və reytinql