Avtomobildə “plyonka”ya bu şərtlərlə icazə verilir
Digərləri 24 Noy 2024 12:44:00 58 0
Bəzi sürücülər avtomobilin nəinki arxa yan, o cümlədən qabaq yan və alın şüşələrinə plyonka çəkirlər. Bununla da görünməz bir sədd yaranır. Yəni sükan arxasında kimin olub-olmadığı görünmür. Çünki avtomobil tünd plyonka ilə örtülmüş vəziyyətdədir.
Bu xəbəri də oxu: "Apple" süni intellektin dəstəyi ilə yeni versiyasını təqdim etdi "iOS 18.1" ÖZƏLLİKLƏRİ
Son.az xəbər verir ki, bir qrup sürücü iddia edir ki, avtomobilində "plyonka" istifadə etdiyi üçün polis tərəfindən cərimələnib. O, avtoservisdə şüşə örtüyünü yoxlatdığı və hər şeyin qaydasında olduğu halda cərimə tətbiq edildiyini bildirib.
Bəs bu vəziyyət qanunvericilikdə necə tənzimlənir?
Məsələ ilə bağlı Son.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu şüşələrin işıq ötürmə dərəcəsi nəzərə alınmalıdır. Yəni, ön yan şüşələrində plyonka istifadəsi ən azı 75% şəffaf olmalıdır. Ancaq arxa şüşələrdə plyonka istifadəsinə icazə verilir.
"Plyonka istifadəsi ilə bağlı əsas tələblərdən biri də təhlükəsizlikdir. Şüşələrdə istifadə edilən plyonka sürücünün görmə qabiliyyətini zəiflətməməli həmçinin yolun digər iştirakçıları üçün təhlükə yaratmamalıdır. Plyonka işığın yayılmasını məhdudlaşdırmamalıdır və yol hərəkətinin təhlükəsizliyini təmin etməlidir".
Bu problem ilə qarşılaşan sürücülərin sayı artmaqdadır, lakin polis bu halları qanunsuz sayır. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər: "Odur ki, "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır". Aysel Əkbər Son.az
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk
"Hekayəni doğru çatdıra bilmədik deyə "Gizli bahçe" seria
Paytaxtda bu gün duman, çiskin və yağış yağacağı ehtimalı var.
Orta təhsilini Cəlilabad şəhəri səkkiz saylı Texniki və Humanitar fənl�
Heydər Əliyev Beynəlxalq Aeroportunun BMT-nin İqlim Dəyişmələri üzrə �
Son statistikaya görə, insanlar bir-biri ilə ən çox onlayn pratformalarda t
"COP29-dan sonra taksi qiymətlərinin bahalaşması ehtimalı var. Çünki
Türkiyənin Afyonkarahisar rayonunda qəza baş verib.
Dünyanın ən xoşbəxt şəhəri mövzusunda fərqli tədqiqatlar və reytinql
COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni mal
Bakının gələcək planında bir çox ərazinin plana düşəcəyi gözlənili
Boranı tumu (Borago officinalis) xalq təbabətində və ənənəvi müalicə �
Yaponiyanın Honşu adasının şərq sahilinə yaxın bölgədə 5.1 bal gücü
2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulu
Paytaxtın bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb. Yəni art