NASAnın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?


Digərləri 24 Noy 2024 12:06:00 49 0

NASAnın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?

Orta təhsilini Cəlilabad şəhəri səkkiz saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseydə alıb. 2005-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Geofizika ixtisasına qəbul olub. Bakalavr pilləsində təhsil aldığı dövrdən Geologiya və Geofizika İnstitutunda böyük laborant olaraq fəaliyyətə başlayıb. 2011-ci ildə BDU-nun Seysmologiya və seysmometriya ixtisaslaşması üzrə magistr adını qazanıb. 

Bu xəbəri də oxu: "Netflix"də tapa biləcəyiniz

Magistraturanın sonuncu tədris ilində DAAD mübadilə proqramının qalibi kimi tədqiqat işini Almaniya Yer Elmlər Mərkəzində aparıb. 2015-2019-cu illərdə Çin Milli Elmlər Akademiyası Universiteti Şanxay Astronomiya rəsədxanasını bitirib. Çin Elmlər Akademiyasında Kosmik Geodeziya və Geodinamika üzrə doktorantura təhsili alıb. Təhsil aldığı dövrdə Akademiya tərəfindən iki dəfə ən yaxşı xarici tələbə seçilib. "Şərqi Aralıq dənizi və Qafqaz bölgəsində yer qabığı deformasiyasının GPS və seysmik məlumatlar əsasında öyrənilməsi" mövzusunda tədqiqat işini uğurla müdafiə edərək astrometriya və fəza cisimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra Pekin Universitetinə müraciət edib və orada "BOYA" adlanan postdoktorantura proqramının qalibi olub. Bu proqramda regiondan tək qalib seçilib.

Söhbət hazırda NASA-nın "Reaktiv Hərəkətlər Laboratoriyası"nda (JPL) Postdoktoral Tədqiqatçı kimi fəaliyyət göstərən Bəhruz Əhədovdan gedir. O, ABŞ Dövlət Departementinin təşkil etdiyi qlobal təhsil mübadilə proqramı olan "Fullbright" təqaüd proqramının da qalibidir. Xatırladaq ki, B.Əhədov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Çin Elmlər Akademiyası Universitetinin əməkdaşı olub. Uğurları, NASA-dakı fəaliyyəti ilə bağlı Bəhruz Əhədovla söhbətləşdik.

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir:

- Bəhruz bəy, 2005-ci ildə geofizika ixtisasını seçərkən düşünürdünüz ki, zaman gələcək və NASA-da alim kimi fəaliyyət göstərəcəksiniz?

- O zaman indiki kimi geniş informasiya mənbələri və yüksək məlumatlılıq səviyyəsi yox idi. Peşə seçimi ilə bağlı məsləhət ala biləcəyim kifayət qədər mütəxəssis və ya istiqamət verən şəxslər də mövcud deyildi. Bu məhdudiyyətlər daxilində özüm araşdırma apararaq geofizikanın nə olduğunu və mənə gələcəkdə hansı imkanları verə biləcəyini öyrənməyə çalışdım. Elmi tədqiqat fəaliyyətimdə daim yenilik və fərqlilik axtarmağı sevmişəm. Geofizika sahəsini araşdırarkən düşünürdüm ki, burada qeyri-adi bir şey öyrənə və yeni biliklər əldə edə bilərəm. O dövrdə ətrafımdakı insanların çoxu iqtisadiyyat, hüquq, neft-qaz və tibb kimi populyar ixtisasları seçirdi. Lakin mən fərq yaratmağı sevdiyim üçün bu sahələr marağımı çəkmirdi, buna görə də geofizikanı seçdim.

- Uğurlarınız olduqca genişdir. Bəs sizcə, bunlardan hansı Bəhruz Əhədovu daha çox təmsil edir?

- İndiyə qədər olan fəaliyyətlərim arasında ən böyük uğurum NASA ilə bağlıdır. Doktorantura təhsili illərində NASA-da tədqiqatçı kimi çalışmağı arzulamışam. Çindəki təhsil dövrümü də mühüm bir nailiyyət kimi qiymətləndirirəm. Çünki NASA-ya gedən yol elə Çində əldə etdiyim bilik və bacarıqların nəticəsidir. 

- Bir az Çindəki təhsilinizdən bəhs edə bilərsiniz? 

- Çindəki təhsil mənə elmi baxımdan əhəmiyyətli dərəcədə inkişaf imkanı verdi. Təhsil təcrübəm olduqca çətin keçdi, çünki Asiya ölkələrində təhsil almaq müəyyən dərəcədə stressli prosesdir. Orada tələblər yüksəkdir. Bizim ali təhsil sistemimizdə doktorantura səviyyəsində gözlənilən nəticələr, Çində ali təhsilin bakalavr səviyyəsindəki tədqiqatlarda tələb olunurdu. Magistraturada təhsil alan tələbələrin apardığı tədqiqatlar bizim aldığımız təhsillə müqayisədə əhəmiyyətli dərəcədə yüksək səviyyədə idi. Ölkəmizdəki dərslər kifayət qədər faydalı olsa da, Çindəki təhsil sisteminin standartları və elmi tədqiqatlara yanaşması daha spesifik tələblərə cavab verirdi. Bu səbəbdən Çindəki ilk təhsil ilimdə bir çox mövzunu yenidən öyrənməyə qərar verdim. 

- Fəaliyyətinizdə yaşadığınız çətinliklər sizi nə vaxtsa məqsədinizdən yayındırıb?

- Mən heç vaxt işimlə bağlı hər hansı bir vəziyyətdə bezməmişəm. İnanıram ki, burada olduğum yerə qədər gəlməyimin əsas səbəblərindən biri də vaz keçməməyimdir. Uğura aparan yolda nizam-intizam mütləqdir. Bu, qarşıma qoyduğum məqsədlərə çatmağı asanlaşdırır. Hər gün müəyyən vaxt ayıraraq tədqiqatlarım üzərində işləmək və yeni biliklər əldə etmək nizamın bir təzahürüdür. Eyni zamanda, intizam, çətinliklər qarşısında dayanma gücünü artırır və neqativ hallarla mübarizədə mənə dəstək olur. Tədqiqat zamanı qarşıma çıxan çətinliklərdən ilham alaraq daha da irəliləməyə müvəffəq oluram. Düzdür, bəzən neqativ hallarla da qarşılaşmışam. Lakin elm yolunda irəliləyərkən yalnız müsbət nəticələr gözləmək doğru deyil. İnsan bu hadisələri təcrübə və motivasiya mənbəyi kimi qəbul etməlidir. Beləliklə, məqsədimdən heç vaxt dönmürəm. Hər zaman daha yaxşısını hədəfləyərək irəliləməyə çalışıram. Bu yanaşma, mənim elmi inkişafım üçün mühüm bir elementdir.

- Tez-tez müxtəlif konfranslarda, tədbirlərdə çıxışlar edirsiniz. Onların sizin fəaliyyətinizdəki yerini necə ifadə edərsiniz? - Peyk texnologiyaları sahəsində ölkəmizdə çalışanların sayı olduqca azdır. Bu səbəbdən nəticələr əldə etdikdə müzakirələr aparmaq üçün uyğun mütəxəssisləri tapmaq çətinlik yaradır. Lakin konfranslarda bu sahədə ixtisaslaşmış şəxslərin əhatəsində olmaq hər tədqiqatçı üçün olduqca vacibdir. Əldə etdiyiniz nəticələri paylaşmağa, müzakirələr aparmağa və yeni ideyalar kəşf etməyə imkan tanıyır. Bu cür mühitdə insanlar sizin tədqiqat nəticələrinizlə tanış olur, siz də digər alimlərin təqdimatlarını izləyirsiniz. Hər tədbirdən qayıdanda yeni biliklər əldə edir, müxtəlif ideyalarla geri dönürəm. Həmişə düşünürəm ki, bu ideyaları tətbiq edərək növbəti konfransa qədər hazır vəziyyətə gətirməliyəm. Bu il Avstriyada keçirilən konfransda təqribən 25 min iştirakçı arasında Xəzərlə bağlı tədqiqatımız Amerika Geofizika Cəmiyyəti tərəfindən seçilmiş və qlobal olaraq yayımlanmışdır. 

Bakı aeroportundan görüntülər yayıldı: like
  • 24 Noy 11:53  
Digərləri Bakı aeroportundan görüntülər yayıldı:

Heydər Əliyev Beynəlxalq Aeroportunun BMT-nin İqlim Dəyişmələri üzrə �

arrow Ətraflı
60 faiz insan bu yolla tanış olur like
  • 24 Noy 11:41  
Digərləri 60 faiz insan bu yolla tanış olur

Son statistikaya görə, insanlar bir-biri ilə ən çox onlayn pratformalarda t

arrow Ətraflı
Taksi qiymətləri ARTACAQ like
  • 24 Noy 11:30  
Digərləri Taksi qiymətləri ARTACAQ

"COP29-dan sonra taksi qiymətlərinin bahalaşması ehtimalı var. Çünki

arrow Ətraflı
Ankaraya gedən sərnişin avtobusu qəza törətdi: 30 yaralı var like
  • 24 Noy 11:23  
Digərləri Ankaraya gedən sərnişin avtobusu qəza törətdi: 30 yaralı var

Türkiyənin Afyonkarahisar rayonunda qəza baş verib.

arrow Ətraflı
Dünyanın ən xoşbəxt şəhəri hansıdır? like
  • 24 Noy 11:19  
Digərləri Dünyanın ən xoşbəxt şəhəri hansıdır?

Dünyanın ən xoşbəxt şəhəri mövzusunda fərqli tədqiqatlar və reytinql

arrow Ətraflı
Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab like
  • 24 Noy 11:11  
Siyasət Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab

COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni mal

arrow Ətraflı
Bakı bu ərazilər plana düşdü  Tezliklə söküləcək  FOTO like
  • 24 Noy 11:08  
Digərləri Bakı bu ərazilər plana düşdü Tezliklə söküləcək FOTO

Bakının gələcək planında bir çox ərazinin plana düşəcəyi gözlənili

arrow Ətraflı
Qadınlar oxusun  hormonal balansı dəstəkləyən məhsul bu imiş like
  • 24 Noy 10:57  
Digərləri Qadınlar oxusun hormonal balansı dəstəkləyən məhsul bu imiş

Boranı tumu (Borago officinalis) xalq təbabətində və ənənəvi müalicə �

arrow Ətraflı
Yaponiyada güclü zəlzələ oldu like
  • 24 Noy 10:47  
Dünya Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Honşu adasının şərq sahilinə yaxın bölgədə 5.1 bal gücü

arrow Ətraflı
Bu şəxslər yanvarın 1dən 285 manat alacaq like
  • 24 Noy 10:38  
Digərləri Bu şəxslər yanvarın 1dən 285 manat alacaq

2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulu

arrow Ətraflı
Bu küçələrdən keçənlərin DİQQƏTİNƏ! COP29 zolaqları qüvvədən düşdü  VİDEO like
  • 24 Noy 10:19  
Digərləri Bu küçələrdən keçənlərin DİQQƏTİNƏ! COP29 zolaqları qüvvədən düşdü VİDEO

Paytaxtın bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb. Yəni art

arrow Ətraflı
“Cessna 182” tipli təyyarə qəzaya uğradı like
  • 24 Noy 10:11  
Dünya “Cessna 182” tipli təyyarə qəzaya uğradı

ABŞ-ın Kolorado ştatında "Cessna 182" tipli yüngül mühərrikli

arrow Ətraflı
Qəzaların çox olduğu prospektdə yenilik edilib like
  • 24 Noy 10:00  
Digərləri Qəzaların çox olduğu prospektdə yenilik edilib

Bakıda qəzaların çox olduğu prospektdə yenilik edilib.

arrow Ətraflı
Dövlət Vergi Xidməti məlumat yaydı like
  • 24 Noy 09:50  
Digərləri Dövlət Vergi Xidməti məlumat yaydı

Cari ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Döv

arrow Ətraflı
VAZ2101 40 min manata satışa çıxarıldı like
  • 24 Noy 09:38  
Digərləri VAZ2101 40 min manata satışa çıxarıldı

Almaniyada 500 at gücü olan VAZ-2101 hər kəsi heyran edib.

arrow Ətraflı