Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər...
Digərləri 19 Yan 2023 21:20:00 333 0
Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq olmaq barəsində buyurur: "Əgər başında behişt sevdası varsa, ata-anaya yaxşılıq et; əgər cəhənnəm oduna nifrət edir və oraya girmək istəmirsənsə, valideynə əzab-əziyyət verməkdən uzaq ol."
Başqa sözlə desək, ata-anaya qarşı yaxşı əməl sahibi ol ki, cənnətə daxil olasan. Əgər onlara nifrət etsən, bil ki, cəhənnəm əhlisən. Bütün övladlar öz yolunu seçməkdə azaddırlar: valideynə yaxşılıq edənlər cənnətdə, onlara pislik edib əzab-əziyyət verənlər isə cəhənnəm uçurumundadırlar.
İbrahim ibn Şüeyb adlı bir səhabə deyir: Mən İmam Sadiqə (ə) ərz etdim: "Mənim atam o qədər qocalıb ki, ayaqyoluna gedəndə və başqa işlərdə biz əlimizlə onu bir yerdən başqa yerə aparırıq."
İmam buyurdu: "Ey İbrahim, əgər (başqa ailə üzvləriniz deyil) sən özün şəxsən bu işləri öhdənə alsan və ona öz əlinlə yemək yedizdirsən, daha yaxşı olar. Çünki bu kimi işlər cəhənnəm odundan uzaq olmağa səbəb olar."
Bu hədisdən məlum olur ki, İbrahimin atası o qədər qocalıb əldən düşmüşdü ki, İbrahim ona digər ailə üzvləri ilə birlikdə kömək edirdi. İmam da ona buyurur ki, mümkün qədər sən özün atanın xidmətində olsan, sənin xeyrinədir. Çünki ata-anaya yaxşılıq etmək cəhənnəm odundan uzaq olmağa səbəb olar.
İmam Sadiq (ə) buyurur: "Həzrət Musa (ə) Allah-taala ilə münacat edəndə, nübüvvət nəzərləri ilə Allahın ərşində qərar tutan bir kişini gördü. Allahdan istədi ki, o kişinin bu yüksək məqama çatmasının səbəbini buyursun.
Səs gəldi ki: "Musa, bu bir kəsdir ki, ata-anasına yaxşılıq etmiş, camaat arasında söz gəzdirməkdən uzaq olmuşdur."
Bu hədislərdə azacıq təfəkkür etməklə məlum olur ki, Allah-taala ata-ananın itaətində olan əməlisaleh övladlara xüsusi diqqət yetirir və Öz lütfünü onlara şamil edərək dərgahına yaxınlaşdırır, ata-anaya edilən xidmət təşəkkürü cəhənnəm odundan qoruyan bir qalxan, onun dərdli bəlalarından qurtuluş vasitəsi hesab edir, bu layiqli övladlara o qədər böyük və əbədi məqam bağışlayır ki, hətta Həzrət Musa kimi böyük bir peyğəmbərin təəccübünə səbəb olur.
Bəli, valideynlərə ehtiram və xidmət etmək o qədər mühüm bir məsələdir ki, Allah ona əməl edənlərə behişt vədə verir; və əksinə, bu barədə səhlənkarlıq, süstlük, nankorluq etməyi peşmançılıq, cəhənnəm oduna mübtəla olmaq səbəbi bilir.
Elə bu səbəbdən İmam Sadiq (ə) ürək yanğısı ilə İbrahim ibn Şüeybə tövsiyə edir ki, bacardığı qədər atasına kömək etməkdə evin o biri övladlarından qabağa keçsin və bu xidməti şəxsən öz öhdəsinə alsın, çünki bu əməl insanın cəhənnəm odundan uzaq olmasına səbəb olur.
49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib.
Bədənimiz daim qocalır. Bu, heç kimə sirr deyil, bütün səylərimizi qoca
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi feysbuk səhifəs
Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından
"Aydındır ki, Ruben Vardanyan emissardır, onu Xankəndiyə Moskvadan gö
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suall
Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir.
Şokolad, konfet, şirniyyat və duzlu qidalara meyl edən insanlarda maqniy ele
Rusiya ordusu Artemovsk rayonunda uğurla irəliləyir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli
Təl-Əviv Universitetinin alimləri çəyirtkələrin antenalarından və süni
Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qır
Molla rejimi Təbrizdən olan xanım fəal Leyli Purbabanı qeyri-müəyyən və
Azərbaycanda 1938-ci il istehsalı olan "Mersedes Benz" avtomobili sa
Nisbətən sonra yaratdığımız və hazırda Azərbaycanı, Gürcüstanı, Tü