Paşinyanın şok Qarabağ planı: “Bu ssenari üzrə
Siyasət 19 Yan 2023 21:23:00 358 0
"Zəngəzur dəhlizinin açılması üçün cəhdlər edilir".
Bu xəbəri də oxu: Prezident fərman imzaladı
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Anna Karapetyan deyib.
"Bu dəhlizin açılması Azərbaycanın əsas hədəflərindən biridir. Bu baxımdan qarşıya qoyulan məqsədlərə çatmaq üçün cəhdlər edilir", - ekspert bildirib.
Qarabağa gəldikdə, Karapetyan iddia edir ki, Ermənistan hökuməti ardıcıl olaraq bu məsələdən imtina siyasəti yürüdür:
"Əvvəllər "Qarabağın statusu ilə bağlı plankanı aşağı salmaq" məsələsi var idisə, son mətbuat konfransında Nikol Paşinyan bəyan etdi ki, dünyada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur və olmayıb. O, artıq açıq şəkildə deyir ki, buna qarşı çıxmaq mənasızdır və Qarabağ məsələsinə yalnız Qarabağ ermənilərinin humanitar problemlərinin həlli kontekstində yanaşma həyata keçirilir. Yəni Qarabağa "müstəqil subyekt" kimi baxılmır, "öz müqəddəratını təyinetmə" zərurəti qaldırılmır, Qarabağın Azərbaycanın tərkibində gələcəyi ola bilməyəcəyini dünyaya göstərməyə cəhd edilmir.
Əsas vurğu orada yaşayan insanların hüquqları ilə bağlıdır, ən yüksək platformalarda da yalnız insanların hüquqlarından danışırlar. Başqa sözlə, ardıcıl olaraq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ssenarisi üzrə hərəkət edirlər".
Politoloq vurğulayıb ki, Ermənistan hökuməti "Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi" məsələsindən də imtina etməyə başlayıb: "Bəyanatlar var ki, onların hüquqlarını qoruya bilmirlər, qoy Qarabağ erməniləri Azərbaycanla razılığa gəlsinlər".
Bu baxımdan, Anna Karapetyan Paşinyanın mətbuat konfransı zamanı açıqlamasını təsadüfi hesab etmir: "10 noyabr bəyanatının müvafiq müddəasında da bununla bağlı Ermənistanın üzərinə heç bir öhdəlik qoyulmayıb".
Rusiya-Ermənistan münasibətlərinə gəlincə, politoloqun sözlərinə görə, Paşinyan ardıcıl olaraq Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışır.
Karapetyan Rusiya sülhməramlılarının Qarabağdakı missiyasından narazılığına da toxunub:
"Ermənistan hakimiyyəti ardıcıl olaraq həmin missiyaya hücum edir. Beləliklə, hakimiyyətin Qərbi regiona gətirmək və ardıcıl olaraq Rusiyaya zərbə endirmək, geosiyasi oyunu daha da dərinləşmək siyasəti Ermənistan üçün yeni və ən böyük çağırışlardır".
Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Nati
"Vəziyyət gərgindir, hər iki tərəf güc yığır və zərbə vurmağa
Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq o
49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib.
Bədənimiz daim qocalır. Bu, heç kimə sirr deyil, bütün səylərimizi qoca
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi feysbuk səhifəs
Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından
"Aydındır ki, Ruben Vardanyan emissardır, onu Xankəndiyə Moskvadan gö
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suall
Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir.
Şokolad, konfet, şirniyyat və duzlu qidalara meyl edən insanlarda maqniy ele
Rusiya ordusu Artemovsk rayonunda uğurla irəliləyir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli
Təl-Əviv Universitetinin alimləri çəyirtkələrin antenalarından və süni
Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qır