Annalena Berbok Bakıda görün nə etdi AlmaniyaAzərbaycan arasında növbəti gərginlik


Siyasət 23 Noy 2024 12:02:00 69 0

Annalena Berbok Bakıda görün nə etdi  AlmaniyaAzərbaycan arasında növbəti gərginlik

Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Son.az "Müsavat"a istinadən xəbər verir ki, "Frau Skandal" ləqəbi ilə tanınan nazir, COP29 sammiti çərçivəsində Bakıya səfəri zamanı iqlim dəyişikliyi ilə bağlı beynəlxalq əməkdaşlığın müzakirə edilməli olduğu halda, əsas diqqətini Azərbaycana tənqidlər ünvanlamağa yönəldib. Onun fikrincə, Azərbaycan "demokratik standartlara" riayət etmir və insan haqları sahəsində çatışmazlıqlara yol verir.

Berbok, eyni zamanda 76 deputatın, o cümlədən alman Bundestaqı üzvlərinin Azərbaycana girişinə qadağa qoyulmasını "tamamilə qəbuledilməz" adlandırıb. O bildirib ki, "bu məhdudiyyətlər Avropa Şurası çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərə ziddir və beynəlxalq hüquq prinsiplərinə uyğun deyil".

Xarici işlər naziri Ceyhun Bayramov isə Berbokla görüş zamanı Azərbaycanın mövqeyini qəti şəkildə çatdırıb. O vurğulayıb ki, ölkəmiz haqsız və qərəzli kampaniyaların hədəfinə çevrilib və bu məsələdə ədalət gözlənilməlidir. Lakin Berbokun hansı konkret "demokratik standartların" pozulduğunu iddia etməsi yenə də sual doğurur. Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur, müntəzəm seçkilər keçirilir, vətəndaş cəmiyyəti aktiv fəaliyyət göstərir.

Berbokun bu cür iddiaları daha çox Avropa dövlətlərinin Azərbaycana qarşı siyasi təzyiq yaratmaq cəhdləri kimi görünür. Əslində, Azərbaycanda qərbyönümlü namizədlərin zəif nəticələri Qərbin prioritetlərini düzgün təyin edə bilməməsindən qaynaqlanır, ölkənin "demokratik problemləri" ilə deyil. Bundan başqa, hər bir dövlətin, o cümlədən Azərbaycanın əcnəbilərin ölkəyə girişinə qadağa qoymaq hüququ var. Bu, beynəlxalq hüququn qəbul etdiyi norma olmaqla yanaşı, Vyana Konvensiyası ilə də təsdiqlənib. Azərbaycanın bu addımının səbəbi də kifayət qədər aydındır: Avropa Şurası Parlament Assambleyasının deputatlarının Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini tanımamaq qərarıdır.

Azərbaycanın belə bir qəti mövqe nümayiş etdirməsi məntiqəuyğundur. Çünki son illərdə ölkəmizə qarşı "insan haqları pozuntuları" ilə bağlı iddialar tez-tez səsləndirilir. Amma bu iddiaların əsl məqsədi başqadır: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və öz suveren hüquqlarını müdafiə etməsi bəzilərini narahat edir. Bakı isə bu məsələlərdə güzəştə getmək niyyətində deyil və prinsipial mövqeyini davam etdirir.

Berbokun davranışları təkcə bu səfərlə məhdudlaşmır. Onun ötən il Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar da böyük narazılığa səbəb olub. Belə ki, xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Qarabağın şəhərlərini erməni adları ilə adlandırıb. Ceyhun Bayramov dərhal onun bu ifadələrini düzəldərək, Azərbaycanın rəsmi mövqeyini ortaya qoyub.

Bundan əlavə, jurnalistlərin Berbokdan Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyini soruşması zamanı o, guya bu görüşün baş tutduğunu deyib. Amma sonradan məlum olub ki, onun Bakıda görüşdüyü qrup Ermənistanın deportasiya etdiyi qaçqınlar deyil, ümumi vətəndaş cəmiyyəti nümayəndələri olub. Eyni zamanda Berbok Ermənistan səfəri zamanı "Qarabağdan olan qaçqınlar"la görüşüb və "binokl diplomatiyası" adlanan qalmaqallı bir hərəkətə də qatılıb. Bu hadisə o dövrdə ciddi etirazlarla qarşılanıb.

Nəticə etibarilə, Annalena Berbokun səfərləri və bəyanatları Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, Almaniyanın diplomatik nüfuzuna da ziyan vurur. Azərbaycan isə öz mövqeyindən geri çəkilmədən beynəlxalq hüquq çərçivəsində hərəkət edir və öz haqqını qorumaqda davam edir.

Məktəblərdə dərslər bu tarixdən başlayacaq like
  • 23 Noy 11:54  
Digərləri Məktəblərdə dərslər bu tarixdən başlayacaq

Beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrı

arrow Ətraflı
Türkiyədə robot müəllim oldu  Şagirdlərə belə dərs keçir  VİDEO like
  • 23 Noy 11:49  
Digərləri Türkiyədə robot müəllim oldu Şagirdlərə belə dərs keçir VİDEO

Türkiyənin ilk süni intellekt robotu "Ada" müəllimliyə başlayı

arrow Ətraflı
Rusiyanın xalq artisti xəstəxanaya yerləşdirildi  FOTO like
  • 23 Noy 11:48  
Şou-biznes Rusiyanın xalq artisti xəstəxanaya yerləşdirildi FOTO

Rusiyalı məşhur televiziya aparıcısı Yuri Nikolaev xəstəxanaya yerləşd

arrow Ətraflı
Bir gecədə qiyməti kəskin düşə biləcək like
  • 23 Noy 11:40  
Digərləri Bir gecədə qiyməti kəskin düşə biləcək

Reallıqdır ki, ildən ilə avtomobillərin qiyməti düşür. Bütün ölkəl�

arrow Ətraflı
“Google Chrome”da təhlükəsizlik yoxlamasını necə həyata keçirmək olar? like
  • 23 Noy 11:35  
Digərləri “Google Chrome”da təhlükəsizlik yoxlamasını necə həyata keçirmək olar?

"Google Chrome"da təhlükəsizlik yoxlaması (Safety Check) brauzerd�

arrow Ətraflı
Bu deputatlara mənzil verildi like
  • 23 Noy 11:34  
Digərləri Bu deputatlara mənzil verildi

Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü ill�

arrow Ətraflı
"Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək" like
  • 23 Noy 11:30  
Dünya "Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək"

Növbəti iclasda Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları d

arrow Ətraflı
Rusiyada yenə səfərbərlik olacaq? like
  • 23 Noy 11:24  
Dünya Rusiyada yenə səfərbərlik olacaq?

Rusiyada səfərbərlikdən söhbət getmir.

arrow Ətraflı
"Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm"  VİDEO like
  • 23 Noy 11:18  
Şou-biznes "Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm" VİDEO

Xəbər verdiyimiz kimi, müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova a

arrow Ətraflı
İran Rusiyaya nota verdi like
  • 23 Noy 11:01  
Dünya İran Rusiyaya nota verdi

İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

arrow Ətraflı
İkardi müğənni ilə FOTOsunu paylaşdı: Nara özündən çıxdı like
  • 23 Noy 10:45  
Digərləri İkardi müğənni ilə FOTOsunu paylaşdı: Nara özündən çıxdı

Məşhur futbolçu Mauro İkardinin paylaşımı gündəm olub.

arrow Ətraflı
Maşını olanlar vergi versin  Deputatdan TƏKLİF like
  • 23 Noy 10:40  
Digərləri Maşını olanlar vergi versin Deputatdan TƏKLİF

Deputat  Elşad Musayev bələdiyyələrlə bağlı yeni təklif verib. Son

arrow Ətraflı
Həmin "Balina" Bakı ilə belə "vidalaşdı" like
  • 23 Noy 10:38  
Digərləri Həmin "Balina" Bakı ilə belə "vidalaşdı"

COP29 tədbirinin başladığı gün Bakı bulvarına yerləşdirilmiş "Ba

arrow Ətraflı
Çin istehsalı yeni avtomobil  "RollsRoyce"un rəqibi olacaq  like
  • 23 Noy 10:35  
Digərləri Çin istehsalı yeni avtomobil "RollsRoyce"un rəqibi olacaq

Çin avtomobil istehsalçısı JAC və texnologiya nəhəngi "Huawei"

arrow Ətraflı