Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir


Siyasət 24 Noy 2024 14:28:00 54 0

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Son.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin COP29 ilə əlaqədar sosial şəbəkə hesablarındakı paylaşımında deyilir.

Paylaşımda deyilir:

"Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

"Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.

Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq.

Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.

Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm".

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib  VİDEO like
  • 24 Noy 14:21  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Bayden Azərbaycana təşəkkür etdi like
  • 24 Noy 14:08  
Siyasət Bayden Azərbaycana təşəkkür etdi

Prezident Bayden COP29-a uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana tə�

arrow Ətraflı
Türkiyəli nazirin korteji qəzaya düşdü: Ölən və yaralananlar var  FOTO like
  • 24 Noy 14:01  
Digərləri Türkiyəli nazirin korteji qəzaya düşdü: Ölən və yaralananlar var FOTO

Türkiyənin Sanaye və Texnologiya Naziri Mehmet Fatih Kacırın avtomobil kort

arrow Ətraflı
Qaynı arvadının ölümünə səbəb olmuşdu like
  • 24 Noy 13:50  
Digərləri Qaynı arvadının ölümünə səbəb olmuşdu

Estetik cərrah, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İ

arrow Ətraflı
Xalq artistinə gözlənilməz sürpriz like
  • 24 Noy 13:44  
Şou-biznes Xalq artistinə gözlənilməz sürpriz

Tarzən Humay Qədimova Xalq artisti Gülyaz Məmmədovaya maraqlı sürpriz haz

arrow Ətraflı
Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır? like
  • 24 Noy 13:33  
Digərləri Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?

Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elekt

arrow Ətraflı
Şəkidə dəm qazından boğulub ölən gəncin FOTOsu like
  • 24 Noy 13:12  
Digərləri Şəkidə dəm qazından boğulub ölən gəncin FOTOsu

Xəbər verdiyimiz kimi, Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ö

arrow Ətraflı
“Buta Palace”da toy etmişdilər, boşananda "İphone" davası etdilər like
  • 24 Noy 13:06  
Digərləri “Buta Palace”da toy etmişdilər, boşananda "İphone" davası etdilər

Toyları "Buta Palace"da olmuş cütlüyü boşadım. Dekorasiyaya 60

arrow Ətraflı
Qədim Tetisin məzarı: Alimlər Hind okeanındakı "qravitasiya dəliyi"nin sirrini açdı like
  • 24 Noy 12:53  
Digərləri Qədim Tetisin məzarı: Alimlər Hind okeanındakı "qravitasiya dəliyi"nin sirrini açdı

Müasir Aralıq dənizi tədricən quruma təhlükəsi ilə üz-üzə olduğu bi

arrow Ətraflı
Avtomobildə “plyonka”ya bu şərtlərlə icazə verilir like
  • 24 Noy 12:44  
Digərləri Avtomobildə “plyonka”ya bu şərtlərlə icazə verilir

Bəzi sürücülər avtomobilin nəinki arxa yan, o cümlədən qabaq yan və al

arrow Ətraflı
Sabah qar yağacaq, 2 dərəcə şaxta olacaq like
  • 24 Noy 12:39  
Digərləri Sabah qar yağacaq, 2 dərəcə şaxta olacaq

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk

arrow Ətraflı
"Gizli bahçe" serialı nəyə görə final etdi? like
  • 24 Noy 12:31  
Şou-biznes "Gizli bahçe" serialı nəyə görə final etdi?

"Hekayəni doğru çatdıra bilmədik deyə "Gizli bahçe" seria

arrow Ətraflı
Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ like
  • 24 Noy 12:19  
Digərləri Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

Paytaxtda bu gün duman, çiskin və yağış yağacağı ehtimalı var.

arrow Ətraflı
NASAnın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? like
  • 24 Noy 12:06  
Digərləri NASAnın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?

Orta təhsilini Cəlilabad şəhəri səkkiz saylı Texniki və Humanitar fənl�

arrow Ətraflı
Bakı aeroportundan görüntülər yayıldı: like
  • 24 Noy 11:53  
Digərləri Bakı aeroportundan görüntülər yayıldı:

Heydər Əliyev Beynəlxalq Aeroportunun BMT-nin İqlim Dəyişmələri üzrə �

arrow Ətraflı