Ətirli nəm salfetlərdən çox istifadə edənləri gözləyən


Digərləri 19 Yan 2023 22:15:00 312 0

Ətirli nəm salfetlərdən çox istifadə edənləri gözləyən

Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir.

Son.az modern.az-a istinadən xəbər verir ki, gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.

Lakin dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, "Sydney Morning Herald" onu ictimaiyyətə təqdim edib. Orada bildirilir ki, alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.

Dermatoloq Firayə Məmmədova deyir ki, nəm salfetlərdən istifadə həqiqətən də dəriyə zərər verir:

"Xüsusilə də həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün bütün xəstələrdə bunun zərərini görə bilirik".

Dermatoloq söyləyir ki, nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur:

"Çünki uşaqların dərilərinin quruculuq funksiyası daha zəifdir. Quruculuğu zəif olduğu üçün onun sağalması da gec olur. Bəzi markalar var ki, müəyyən keyfiyyətə malikdirlər, amma istənilən halda biz nəm salfetlərin istifadəsini tövsiyə etmirik. Bununla yanaşı makiyajın da təmizlənməsində geniş istifadə olunan bu vasitə üzdə qızartıların, sızanaqların yaranmasına səbəb olur. Onu da qeyd edim ki, əgər uşaqlarda, yaxud böyük şəxslərin dərisində bununla bağlı hansısa problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Biz aparılan müayinə nəticəsində problemi araşdırıb müalicə təyin edirik. Xüsusi nəmləndirici kremlərdən istifadəni məsləhət görürük".

Tərkibindəki qatqı maddələrinə görə uşaqları nəm salfetlərlə silməyi qətiyyən məsləhət görməyən pediatr Günay Rəsulova bildirir ki, salfeti nəm saxlamaq üçün ona müxtəlif kimyəvi maddələr vururlar:

"Bunlar isə uşaq dərisini aşındırır, zədələyir. Onların dərisində infeksiyalaşır ki, bu da dermatitə gətirib çıxara bilər. Bundan əlavə, uşaqlarda nəm salfetlərin istifadəsi sidik yolu infeksiyalarının yaranmasına da yol açır. Nəm salfetlərin zərərlərinin digər səbəbi isə dərini nəm saxlamasıdır. Bilirsiniz ki, nəm şəraitdə də göbələk infeksiyalarının artmasına geniş şərait yaranır. Bu isə uşaqda qaşınma və səpkilər yaradır. Ona görə uşaqları təmizləmək üçün nəm salfetlərdən istifadəni qətiyyən tövsiyə etmirik. Bunun əvəzinə yaxşı olar ki, onları su ilə yusunlar və yaxşı-yaxşı qurulasınlar. Bundan başqa, pambığı adi su ilə isladıb onunla da lazım olan yerləri silmək olar. Bu halda uşağın dərisində heç bir səpki, qızartı müşahidə edilməyəcək".

Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar like
  • 19 Yan 22:10  
Digərləri Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar

Valideynə yaxşılıq etməyin müsbət nəticələrindən biri də canverməni

arrow Ətraflı
Hamilənin qripə yoluxma uşağa ziyandırmı? like
  • 19 Yan 22:05  
Digərləri Hamilənin qripə yoluxma uşağa ziyandırmı?

Hamiləlik zamanı qrip, respirator virusların keçirilməsinin uşağa hansıs

arrow Ətraflı
Krediti olanlara MÜHÜM XƏBƏR: like
  • 19 Yan 22:02  
Digərləri Krediti olanlara MÜHÜM XƏBƏR:

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

arrow Ətraflı
Saat 17:00dən sonra çay içməyin like
  • 19 Yan 22:01  
Digərləri Saat 17:00dən sonra çay içməyin

Düzgün dəmlənmiş təbii çay susuzluğu yatırır, xolesterini aşağı sal

arrow Ətraflı
Bakıda azyaşlı qız oğurlanıb? like
  • 19 Yan 22:00  
Digərləri Bakıda azyaşlı qız oğurlanıb?

Bakının Binəqədi rayonunda azyaşlının oğurlanması barədə sosial şəb

arrow Ətraflı
Azərbaycan və Kuba XİN rəhbərləri like
  • 19 Yan 21:58  
Siyasət Azərbaycan və Kuba XİN rəhbərləri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kubanı

arrow Ətraflı
Milli Məclis Avropa Parlamentinə like
  • 19 Yan 21:57  
Siyasət Milli Məclis Avropa Parlamentinə

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parl

arrow Ətraflı
Uşağı yaxşı işlərə təşviq etməyin yolları like
  • 19 Yan 21:55  
Digərləri Uşağı yaxşı işlərə təşviq etməyin yolları

Uşağın tərbiyəsində olduqca faydalı və təsirli üsullardan biri də onu

arrow Ətraflı
Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi? like
  • 19 Yan 21:50  
Digərləri Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?

İslam dini valideynə hörmət etməyi, onlara tabe olmağı vacib bilib. Hətt

arrow Ətraflı
Beyin hüceyrələrini qorumaq istəyirsinizsə, like
  • 19 Yan 21:45  
Digərləri Beyin hüceyrələrini qorumaq istəyirsinizsə,

Yaşlı insanlarda beyin hüceyrələrinin məhv olunması və zədələnməsi n

arrow Ətraflı
Uşağa fiziki tənbehin pis təsirləri like
  • 19 Yan 21:40  
Digərləri Uşağa fiziki tənbehin pis təsirləri

Bəzən fiziki tənbehin əlacı olmayan zərərləri olur. O cümlədən:

arrow Ətraflı
Hər gün bu 3 qida mütləq yeyilməlidir – like
  • 19 Yan 21:35  
Digərləri Hər gün bu 3 qida mütləq yeyilməlidir –

İnsan heç olmasa həftədə 3 dəfə balqabaq yeməlidir.

arrow Ətraflı
İrandan gözlənilməz: Krım Rusiyanın like
  • 19 Yan 21:32  
Siyasət İrandan gözlənilməz: Krım Rusiyanın

Tehran və Moskvanın əla münasibətlərinə baxmayaraq, İran Krımın, eləc

arrow Ətraflı
AP Bakıdan “ordunu çıxarmağı” necə “tələb edə” bilər? like
  • 19 Yan 21:31  
Siyasət AP Bakıdan “ordunu çıxarmağı” necə “tələb edə” bilər?

Avroparlament dünənki addımı ilə AB və Azərbaycan münasibətlərinə xə

arrow Ətraflı
Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər  SİYAHI like
  • 19 Yan 21:30  
Digərləri Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər SİYAHI

Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz or

arrow Ətraflı