Uşağı yaxşı işlərə təşviq etməyin yolları
Digərləri 19 Yan 2023 21:55:00 352 0
Uşağın tərbiyəsində olduqca faydalı və təsirli üsullardan biri də onu yaxşı işlərində təşviq etməkdir.
Bu xəbəri də oxu: Nadim Qazıbəyov ÖLDÜ
Adətən təşviq uşağın ruhu və bünövrəsində fövqəladə bir əhəmiyyətə malik olub onu yaxşı işlər görməyə sövq edir. Qayda üzrə hər bir insan özünə hörmət edir, özünü sevir və başqalarının da onun şəxsiyyətinə hörmət edib qədir-qiymət vermələrini istəyir.
Beləliklə də əgər uşaq yaxşı işlərində təriflənərsə artıq o işlərə qarşı meyli güclənəcəkdir. Əks təqdirdə əgər yaxşı əməlinə qiymət verməyib onu tərifləməsələr getdikcə bu kimi işlərə etinasız və laqeyd yanaşacaq.
Burada Həzrət Əli (ə) buyurur: "Heç vaxt yaxşı və pis əməl sahiblərinə eyni gözdə baxma. Çünki bu rəftar yaxşı əməl sahibini yaxşı işlərindən həvəssiz, pis əməl sahibini isə pis işlərinə təşviq edər."
Bəli, təşviq yolu ilə uşağı yaxşı və lazımlı işlərə yönəltmək, xoşagəlməz işlərdən isə çəkindirmək olar. Hərdən bir qədər nəvaziş, uşağa çalışqanlıqda və ondan ləzzət almaqqda enerji və qüvvət verir, o, bu halda şən əhval-ruhiyyəyə malik olub hər hansı bir müxalifətçilikdən sözə baxmazlıqdan uzaq olur.
Təşviq barəsində bir neçə məsləhət
Təşviqin faydalı olmağı üçün gərək tərbiyə üsulunun aşağıdaki qaydaları riayət oluna:
1. Uşağı tərifləyərkən gərək onun özünü deyil, gördüyü yaxşı iş və ya yaxşı əxlaqını tərifləyəsən ki, yaxşı işin əhəmiyyətini anlasın.
2. Onun gördüyü iş həqiqətdə də tərifəlayiq olsun, təşviqdən məqsəd təkçə müvəqqəti olaraq uşağı sevindirməkdən ibarət olmasın.
3. Təşviq rüşvət şəklini almaya. Yəni təşviq, məsələn; uşağa "əgər qardaşını incitməsən sənə şirni verəcəyəm" kimi sözlərlə olmamalıdır. Çünki bu halda uşaq elə biləcək ki, hər vaxt ona şirni verməsələr qardaşına əziyyət etmək olar.
4. Təşviqin illəti (səbəbi) gərək təyin edilə ki, uşaq hansı yaxşı işə görə təşviq olunduğunu bilə.
5. Təşviq ümum qarşısında daha təsirli olur. Məxsusən uşaq hansısa bir işi çətinlik və zəhmətlə yerinə yetirdiyi zaman.
6. Tərif və təşviq gərək özünə uyğun və təsəvvür edilən həddindən aşıb keçməsin. Əks təqdirdə uşağı xudbinlik və məğrurluğa (sürükləyər) düçar edər.
7. Təşviq ünvanı ilə təlqin olunan şirini hansısa bir hədiyyə və sairə şeylər əsas məqsəd və hədəf şəklini almamalıdır. Təşviq hədəf və məqsədə doğru yönəlmək həvəs və meylləri daha da gücləndirmək üçündür. Beləliklə də hansısa vəsilə, son hədəf və məqsədin yerini tutmamalıdır.
İslam dini valideynə hörmət etməyi, onlara tabe olmağı vacib bilib. Hətt
Yaşlı insanlarda beyin hüceyrələrinin məhv olunması və zədələnməsi n
Bəzən fiziki tənbehin əlacı olmayan zərərləri olur. O cümlədən:
İnsan heç olmasa həftədə 3 dəfə balqabaq yeməlidir.
Tehran və Moskvanın əla münasibətlərinə baxmayaraq, İran Krımın, eləc
Avroparlament dünənki addımı ilə AB və Azərbaycan münasibətlərinə xə
Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz or
ABŞ Kənd təsərrüfatı nazirliyi Şimali Karolina universiteti ilə birgə e
"Zəngəzur dəhlizinin açılması üçün cəhdlər edilir".
Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Nati
"Vəziyyət gərgindir, hər iki tərəf güc yığır və zərbə vurmağa
Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq o
49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib.
Bədənimiz daim qocalır. Bu, heç kimə sirr deyil, bütün səylərimizi qoca
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi feysbuk səhifəs