Azərbaycan və Kuba XİN rəhbərləri
Siyasət 19 Yan 2023 21:58:00 298 0
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: Bakıdan qayıdan Ərdoğandan təyyarədə
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən nazirlər əlaqələrimizin bundan sonra da dinamik şəkildə inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıblar. Azərbaycan-Kuba hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının önəmini diqqətə çatdıran tərəflər iqtisadiyyat, sərmayələr, turizm və səhiyyə sahələrində əməkdaşlığın vacib olduğunu bildiriblər. Pandemiya dövründə ölkələrimiz arasında əməkdaşlıq, bu xüsusda həyata keçirilən qarşılıqlı yardımlar xatırlanıb.
Xarici işlər nazirləri ölkələrimizin liderləri, xalqları və hökumətləri arasında tarixi və mədəni əlaqələrin mövcud olduğunu, hal-hazırda yüksək səviyyəli siyasi dialoqun və ikitərəfli yüksək səviyyəli rəsmi səfərlərin əhəmiyyətini qeyd ediblər. Tərəflər bununla yanaşı, çoxtərəfli platformalarda, Qoşulmama Hərəkatı çərçivəsində daha fəal əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Azərbaycanın Kubada səfirliyinin açılmasının və ilk dəfə olaraq ölkəmizin səfirinin təyin olunmasının münasibətlərin inkişafına daha da töhfə verəcəyinə ümid ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parl
Uşağın tərbiyəsində olduqca faydalı və təsirli üsullardan biri də onu
İslam dini valideynə hörmət etməyi, onlara tabe olmağı vacib bilib. Hətt
Yaşlı insanlarda beyin hüceyrələrinin məhv olunması və zədələnməsi n
Bəzən fiziki tənbehin əlacı olmayan zərərləri olur. O cümlədən:
İnsan heç olmasa həftədə 3 dəfə balqabaq yeməlidir.
Tehran və Moskvanın əla münasibətlərinə baxmayaraq, İran Krımın, eləc
Avroparlament dünənki addımı ilə AB və Azərbaycan münasibətlərinə xə
Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz or
ABŞ Kənd təsərrüfatı nazirliyi Şimali Karolina universiteti ilə birgə e
"Zəngəzur dəhlizinin açılması üçün cəhdlər edilir".
Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Nati
"Vəziyyət gərgindir, hər iki tərəf güc yığır və zərbə vurmağa
Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq o
49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib.