Dünya liderləri Azərbaycanın COP29a hazırlığını yüksək qiymətləndirir


Siyasət 13 Noy 2024 19:53:00 114 0

Dünya liderləri Azərbaycanın COP29a hazırlığını yüksək qiymətləndirir

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, yüksək səviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.

COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Əziz Qardaşım adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək.

Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb. Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyi vurğulayaraq, ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. COP-un Qafqazda ilk dəfə ölkəmizdə keçirildiyini xüsusi vurğulayan Baş nazir bu mötəbər beynəlxalq tədbirə peşəkarlıqla ev sahibliyi edən Azərbaycana uğurlar arzulayıb.

Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. "Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma, ilk növbədə, biz nəticələr əldə etməliyik", - deyən Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb.

Moldovanın Prezidenti Maya Sandu da çıxışında COP29-un Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksək səviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.

Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni sammitdəki çıxışında səmimi qonaqpərvərliyə və kiçik Okeaniya ölkələrinin problemlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanına görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib.

Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend Azərbaycan Hökumətinin və "Azərkosmos"un təmsil etdiyi təşkilatla imzaladığı iki memoranduma görə təşəkkürünü bildirib.

Qrenadanın Baş naziri, Karib Ölkələri Birliyinin (CARICOM) sədri Dikon Mitçell COP29-un "Yaxşı COP" kimi yadda qalacağına əminliyini bildirib.

Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte rəhbərlik etdiyi fonda əlçatanlığın təmin olunması istiqamətində ciddi tədbirlər gördüklərini bildirib.

İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru İbrahima Şeyx Dionq Fondun fəaliyyətə başlamasında Azərbaycanın liderliyini vurğulayıb və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırıb.

Xatırladaq ki, noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə "Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi" qəbul olunub. Bəyannamənin qəbul edilməsi COP29 Azərbaycan sədrliyinin növbəti uğurudur. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Əsəbi olanda bu bürclərin gözünə görünməyin like
  • 13 Noy 19:38  
Digərləri Əsəbi olanda bu bürclərin gözünə görünməyin

Hər bir bürcün əsas xüsusiyyətlərini bilmək özümüzü və ətrafımız

arrow Ətraflı
COP29: Azərbaycanın qlobal uğuru like
  • 13 Noy 19:30  
Siyasət COP29: Azərbaycanın qlobal uğuru

COP29 (BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-

arrow Ətraflı
Dünyanın ən gözəl pişiyidir  FOTO like
  • 13 Noy 19:10  
Digərləri Dünyanın ən gözəl pişiyidir FOTO

Norveçin Oslo şəhərində keçirilən Dünya Pişik Şousunda Bakardi adlı p

arrow Ətraflı
Gözlənilməz AÇIQLAMA: Britaniya Ukraynaya hərbi qüvvə göndərməyə hazırdır like
  • 13 Noy 19:02  
Dünya Gözlənilməz AÇIQLAMA: Britaniya Ukraynaya hərbi qüvvə göndərməyə hazırdır

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, ABŞ-da Donald Trampın

arrow Ətraflı
Bu şəxslərə şad xəbər : "Gələn ildən..." like
  • 13 Noy 18:52  
Digərləri Bu şəxslərə şad xəbər : "Gələn ildən..."

"Heyvandarlıq yemi əkinlərinin subsidiyaları növbəti ildən artımla

arrow Ətraflı
Prezident Kristalina Georgiyeva ilə görüşüb  FOTO like
  • 13 Noy 18:51  
Siyasət Prezident Kristalina Georgiyeva ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Həqiqətən körpə uşağın "40"ı var? Din və tibb like
  • 13 Noy 18:42  
Digərləri Həqiqətən körpə uşağın "40"ı var? Din və tibb

"Körpənin 40 çıxdı, "40-nı tökmık" kimi adlandırılan m

arrow Ətraflı
"O pulla özümə 2 EV ALDIM"  VİDEO like
  • 13 Noy 18:35  
Şou-biznes "O pulla özümə 2 EV ALDIM" VİDEO

Xuraman Şuşalı ona ən çox pul qazandıran mahnılardan danışıb.

arrow Ətraflı
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb  FOTO like
  • 13 Noy 18:34  
Siyasət İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanı

arrow Ətraflı
Dünyanın ən soyuq planetində həyat mümkün ola bilər? like
  • 13 Noy 18:30  
Digərləri Dünyanın ən soyuq planetində həyat mümkün ola bilər?

Günəş sisteminin ən soyuq planetlərindən biri olan Uran haqqında 40 il ə

arrow Ətraflı
"ATƏTin Minsk qrupu like
  • 13 Noy 18:28  
Digərləri "ATƏTin Minsk qrupu

Həm rəsmi Bakı, həm də rəsmi İrəvan bütün səviyyələrdə Rusiyanın

arrow Ətraflı
Canan Karatay Dubay şokoladından DANIŞDI: like
  • 13 Noy 18:17  
Digərləri Canan Karatay Dubay şokoladından DANIŞDI:

Prof. Dr. Canan Karatay son vaxtlar məşhurlaşan Dubay şokoladı ilə bağlı

arrow Ətraflı
Prezident Çinin Baş nazirinin müavini ilə görüşüb  FOTO like
  • 13 Noy 17:52  
Siyasət Prezident Çinin Baş nazirinin müavini ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Respublikasının Prezi

arrow Ətraflı
Zibil qutusuna uşaq atan ananı NƏ GÖZLƏYİR? like
  • 13 Noy 17:52  
Digərləri Zibil qutusuna uşaq atan ananı NƏ GÖZLƏYİR?

Təəssüf ki, son zamanlar tez-tez valideynlərin yeni doğulmuş körpələri

arrow Ətraflı
Niyə daim çay və ya qəhvə içmək istəyirik? like
  • 13 Noy 17:26  
Digərləri Niyə daim çay və ya qəhvə içmək istəyirik?

Daim çay və ya qəhvə içmək istəyinin bir neçə səbəbi ola bilər.

arrow Ətraflı