Türkiyə XİNdən Azərbaycan və Ermənistana çağırış
Siyasət 22 Noy 2024 00:39:00 66 0
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanı sülh üçün tarixi fürsəti əldən verməməyə çağırıb.
Bu xəbəri də oxu: Ermənistan Azərbaycanla əməkdaşlıq iddialarını təkzib etdi
Son.az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə ölkə parlamentində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda sülh həmişəkindən daha yaxındır.
"Biz Azərbaycanla ikitərəfli münasibətlərimizi ən yüksək səviyyədə saxlayırıq və bir çox beynəlxalq məsələlərin həlli üçün birgə səylər göstəririk. Ermənistanın sülh və sabitlik lehinə seçimini alqışlayırıq və hər iki ölkəni bu tarixi fürsəti əldən verməməyə çağırırıq", - nazir vurğulayıb.
Fidan xatırladıb ki, uzun fasilədən sonra ilk dəfə olaraq tərəflər İstanbulda vasitəçi və üçüncü şəxslər olmadan görüş keçiriblər.
"Oktyabr ayında İstanbulda keçirilən "3+3" platformasının iclasında biz bütün regional məsələləri müzakirə etdik. Cənubi Qafqazda sülh və sabitliyin yaranması ilə təkcə humanitar məsələlər həll edilməyəcək, həm də ticarət, qarşılıqlı əlaqə və inkişaf üçün şərait yaradılacaq", - Fidan yekunlaşdırıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
2024-cü il üçün dünyanın ən güclü hərbi donanmalarına malik ölkələ
Hər zaman aktual olan əsas sosial mövzulardan biri də uşaqpulu məsələsid
Bakıda gənc oğlan faciəli şəkildə ölüb.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Etibarnamə veriləndə də rüsum ödənilir, həmin etibarnamə ləğv edilən
Son.az xəbər verir ki, bir müddət öncə Balidə dincələn müğənni Aysel
Rusiya rublu dəyərdən düşməkdə davam edir. Hazırda 100 rus rublu 1 manat
Uzaqmənzilli silahların istehsal olunduğu ölkələrin mütəxəssisləri olm
Müğənni Ülvi Qılınc səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb
COP29 konfransı çərçivəsində Mavi Zonada keçirilən yüksək səviyyəli
Qaradağ rayonunun "Qobu Park-2" yaşayış kompleksi bina 21-də yan�
Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan