Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” adlı sessiya keçirilib
Digərləri 21 Noy 2024 22:30:00 44 0
COP29 konfransı çərçivəsində Mavi Zonada keçirilən yüksək səviyyəli danışıqlarla yanaşı Yaşıl Zonada da müvafiq proqram üzrə silsilə tədbirlərin təşkili davam edir. Belə ki, noyabrın 21-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti tədbirini təşkil edib.
Bu xəbəri də oxu: Bakıda halı pisləşən "bomj" üçün təcili yardım çağırdılar Üzərindən böyük məbləğdə PUL ÇIXDI FOTO
Son.az Trend-ə istinadən bildirir ki, "İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri" adlı panel sessiyasında iqlim dəyişmələrinin artan təsirlərinə qarşı mübarizədə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) qarşılaşdıqları çətinliklər müzakirə olunub. Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Serimin moderatorluğu ilə keçirilən müzakirə sessiyasında Millətlər Birliyi təşkilatının Baş katibi baroness Patrisiya Skotland, Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Dr. Maina Talia, "ODI Global" mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Dr. Rebekka Nadin, Birləşmiş Millətlər Təşkilatı yanında Palau Missiyasının müşaviri Anjelik Puponno, Azərbaycan Respublikasının Kosmik Agentliyi "Azərkosmos"un Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov iştirak ediblər.
Panel sessiyası zamanı qeyd edilib ki, dəniz səviyyəsinin yüksəlməsi və ekstremal hava hadisələrindən tutmuş mühüm ekosistemlərin itkisinə qədər meydana çıxan problemlər kiçik ada dövlətlərini xüsusilə həssaslaşdırır. İqlim dəyişmələrinin bu dövlətlər üçün yaratdığı sosial və iqtisadi nəticələr, o cümlədən köç, dolanışıq itkiləri, həmçinin dəniz və sahil resurslarına əsaslanan iqtisadiyyatların zəifləməsi kimi məsələlər tədbirdə müzakirə mövzusu olub. Sessiyada hemçinin təbii ekosistemlərin deqradasiyasının həm bioloji müxtəliflik, həm də köklü icmaların dolanışığı üçün yaratdığı təhlükə və digər bu kimi mühim məsələlərə toxunulub.
Panelistlər müzakirə zamanı iqlim dəyişmələri və onun fəsadlarına qarşı mübarizə üçün davamlı monitorinqin aparılması və onun nəticələrinə uyğun addımların atılmasının vacib olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, iqlimə dayanıqlı infrastrukturun yaradılması, gənc nəslin lazımi bilik və bacarıqlara yiyələnməsi və gələcəyə hazırlanması ilə yanaşı, yerli uyğunlaşma imkanlarının artırılması və ekosistemlərin qorunmasını icma yönümlü həllərlə birləşdirmək üçün strategiyaların hazırlanması bu mübarizədə ciddi əhəmiyyət kəsb edir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Qaradağ rayonunun "Qobu Park-2" yaşayış kompleksi bina 21-də yan�
Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan
"Rusiya özünə qarşı silahdan istifadə edən ölkələrin hərbi obyek
"Bakıda noyabrın 11-dən etibarən keçirilən BMT-nin İqlim Dəyişikli
Vladimir Putin Rusiya Federasiyasına qarşı Qərbin uzaqmənzilli silahlarınd
Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və
Müğənni Kəmalə Günəşli yeni görüntüləri ilə sosial şəbəkələrd�
Meyxanaçı Rüfət Nasosnunun anası xəstəxanaya yerləşdirilib.
Məlum olduğu kimi, bu ilin aprel ayında Səhiyyə Nazirliyi İctimai Səhiyy�
"Azərbaycan Dəmir Yolları" QSC-də rəhbər vəzifədə çalışmı
ABŞ-da yaşayan 13 yaşlı gənc canlı yayımda hazırladığı coin sayəsin
Moskvanın Butırski Məhkəməsi qondarma nikahlar vasitəsilə qanunsuz miqras
"Bakıda olanda sürücülük vəsiqəmi dəyişməli idim. Getdim, ASAN xi
Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq Deputatlar Palatasını