Etibarnaməni ləğv edərkən niyə rüsum ödənilir?
Digərləri 21 Noy 2024 23:51:00 66 0
Etibarnamə veriləndə də rüsum ödənilir, həmin etibarnamə ləğv ediləndə də...
Bu xəbəri də oxu: Onlara cəmi 110 manat pensiya düşürdü
Son.az Xəzər TV-yə istinadən bildirir ki, lakin bundan əksər vətəndaşın xəbəri yoxdur.
Son zamanlar elə sosial şəbəkələrdə də bu məsələ ciddi müzakirələrə səbəb olub.
Belə ki, sürücülər deyirlər ki, avtomobillər üçün etibarnamə verildikdə rüsum ödəyirlər. Sonra həmin avtomobil satıldıqda və ya başqasının adına keçdikdə yenə də etibarnamələr vətəndaşın adında qalır. Hətta avtomobil başqa ölkəyə göndərilsə, dövlət qeydiyyat nişanı dəyişsə də, sistemdə etibar edilən əmlak kimi göstərilir. Etibarnamənin ləğv edilməsi üçün isə əlavə 8 manat 50 qəpik ödəniş tələb olunur.
Hüquqşünaslar isə deyir ki, qanunvericilikdə rüsumla bağlı hər hansı müddəa əksini tapmayıb. Lakin qeyd olunan məbləğ xidmət haqqı olaraq hesablanır.
Hüquqşünas Ramil Süleymanov isə deyir ki, sakinləri ən çox narahat edən mövzu məhz rüsum ödənilən zaman bank və ya digər xidmətlərə görə, müxtəlif xidmət haqları tutulmasıdıır.
Ədliyyə Nazirliyindən isə verilən məlumata görə, etibarnamələrin ləğvi vətəndaşın ərizəsi əsasında həyata keçirilir və bu ərizə notarial qaydada təsdiq edilmiş ərizə olmalıdır. Bu zaman alınan dövlət rüsumu isə etibarnamənin ləğvi üçün yox, həmin ərizənin notarial qaydada təsdiqinə görə alınır. Bu rüsum isə "Dövlət rüsumu haqqında" Qanunun 10-cu maddəsinə əsasən alınır və əvvəllər də mövcud olub.
Son.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Son.az xəbər verir ki, bir müddət öncə Balidə dincələn müğənni Aysel
Rusiya rublu dəyərdən düşməkdə davam edir. Hazırda 100 rus rublu 1 manat
Uzaqmənzilli silahların istehsal olunduğu ölkələrin mütəxəssisləri olm
Müğənni Ülvi Qılınc səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb
COP29 konfransı çərçivəsində Mavi Zonada keçirilən yüksək səviyyəli
Qaradağ rayonunun "Qobu Park-2" yaşayış kompleksi bina 21-də yan�
Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan
"Rusiya özünə qarşı silahdan istifadə edən ölkələrin hərbi obyek
"Bakıda noyabrın 11-dən etibarən keçirilən BMT-nin İqlim Dəyişikli
Vladimir Putin Rusiya Federasiyasına qarşı Qərbin uzaqmənzilli silahlarınd
Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və
Müğənni Kəmalə Günəşli yeni görüntüləri ilə sosial şəbəkələrd�