Həqiqətən körpə uşağın "40"ı var? Din və tibb


Digərləri 13 Noy 2024 18:42:00 97 0

Həqiqətən körpə uşağın "40"ı var? Din və tibb

"Körpənin 40 çıxdı, "40-nı tökmık" kimi adlandırılan mərasiminin islam dini ilə heç bir əlaqəsi yoxdur. Bu adətlər dini rituallara deyil, adətən xalqın təcrübəsinə, böyüklərin tövsiyəsinə əsaslanır və onlara müqəddəslik donu geyindirirlər".

Son.az bildirir ki, bu fikirləri Lent.az-a açıqlamasında din xadimi Hacı Mircəfər Əyyubov söyləyib.

İnanclara görə, körpə doğumundan 40 gün sonra həyatının ikinci mərhələsinə qədəm qoyur. Bu mərhələdə artıq körpəni görməyə gələnlərin sayı artır, onun "çilləyə düşmək" kimi bir qorxusu olmur. İlk 40 gündən sonra kötpənin çimizdirilməsindən sonra onun yeni həyatı da başlamış olur və necə deyərlər, çöl-bayır üzü görməyə başlayır. Bəs həqiqətən körpə uşağın 40-ı var? Bu adət dində və tibdə əsaslandırılıbmı?

İctimaiyyət üzvləri, həmçinin din xadimləri də islamda körpənin 40-dan çıxması deyilən bir şeyin olmadığını bildirir. Körpə ana bətnindən ayrıldığı andan etibarən həkim və nəzarətçilər də daxil olmaqla onu onlarla insan görür. Ona görə də evə buraxıldıqdan sonra körpənin 40-lı adı altında qohum-əqrəbadan gizlədilməsi absurd fikirdir.

Hacı Mircəfər Əyyubov məsələyə münasibət bildirərək qeyd edib ki, müqəddəs adətlər daha tez qəbul olunduğu üçün insanlar təcrübədən keçirdikləri 40 çıxdı kimi bəzi ənənələri din adı altında təbliğ edirlər: 

"Əlbəttə, 40 rəqəminin dində önəmli yeri var. Məsələn, islamda belə bir şey var ki, əgər insan bir vərdişi tərgitmək və ya özündə onu yaratmaq istəyirsə, 40 gün əməl etməlidir. Eyni zamanda, bir çox peyğəmbərə 40 yaşında peyğəmbərlik verilib. Bu kimi nümunələrin olması o demək deyil ki, uşağın 40 gün başqalarına göstərilməməsi dini adətdir. Dinimizdə bu məsələ ilə bağlı heç bir ayə yoxdur".

Bəs uşağın doğulduğu andan 40 gün qorunma məsələsinin təbabətdə bir rolu varmı?

Əslində, təbabətdə qırx anlayışı yoxdur. Tibdə sadəcə doğuşdan sonrakı ilk 6 həftə (42 gün) zahalıq adlanan bir dövr var. Bu zahalıq dövrü ana orqanizminin 9 ay müddətində baş verən psixoloji və fizioloji dəyişiklərin geri dönüşü ilə xarakterizə edilir. Eyni zamanda yeni doğulmuş körpə bətn daxilindən bətnxarici həyata adaptasiya olur.

40 gün ərzində ana orqanizmində sözügedən dəyişikliklər isə bunlardır:

- Hamiləlikdən öncəki ölçülərinə geri qayıdır.

- Doğumdan sonra uşaqlıq daxilində mövcud olan yara səthi sağalmağa başlayır ki, bu da özünü 6 həftə ərzində fərqli şəkildə məsələn qanayaraq ifadə edir.

- Əgər ana normal doğuş edibsə, uşaqlıq yolunda yumşaq toxumalar yığılıb öz ölçülərinə geri qayıdır.

- Uşaq keysəriyyə yolu ilə dünyaya gəlibsə, bu müddət ərzində ananın əməliyyat yarası sağalır.

- Qarın əzələləri öz tonusunu geri qaytarmağa çalışır.

- Süd vəziləri böyüyür və ana südü ifraz etməyə başlayır.

Belə görünür ki, uşağı qırxdan çıxartmaq məsələsinin konkret olaraq nə tibbi, nə də dini izahı var. Sadəcə, Azərbaycan cəmiyyətinin qeyd etdiyi bu məclis kökü olmayan bir adət-ənənədir.

"O pulla özümə 2 EV ALDIM"  VİDEO like
  • 13 Noy 18:35  
Şou-biznes "O pulla özümə 2 EV ALDIM" VİDEO

Xuraman Şuşalı ona ən çox pul qazandıran mahnılardan danışıb.

arrow Ətraflı
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb  FOTO like
  • 13 Noy 18:34  
Siyasət İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanı

arrow Ətraflı
Dünyanın ən soyuq planetində həyat mümkün ola bilər? like
  • 13 Noy 18:30  
Digərləri Dünyanın ən soyuq planetində həyat mümkün ola bilər?

Günəş sisteminin ən soyuq planetlərindən biri olan Uran haqqında 40 il ə

arrow Ətraflı
"ATƏTin Minsk qrupu like
  • 13 Noy 18:28  
Digərləri "ATƏTin Minsk qrupu

Həm rəsmi Bakı, həm də rəsmi İrəvan bütün səviyyələrdə Rusiyanın

arrow Ətraflı
Canan Karatay Dubay şokoladından DANIŞDI: like
  • 13 Noy 18:17  
Digərləri Canan Karatay Dubay şokoladından DANIŞDI:

Prof. Dr. Canan Karatay son vaxtlar məşhurlaşan Dubay şokoladı ilə bağlı

arrow Ətraflı
Prezident Çinin Baş nazirinin müavini ilə görüşüb  FOTO like
  • 13 Noy 17:52  
Siyasət Prezident Çinin Baş nazirinin müavini ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Respublikasının Prezi

arrow Ətraflı
Zibil qutusuna uşaq atan ananı NƏ GÖZLƏYİR? like
  • 13 Noy 17:52  
Digərləri Zibil qutusuna uşaq atan ananı NƏ GÖZLƏYİR?

Təəssüf ki, son zamanlar tez-tez valideynlərin yeni doğulmuş körpələri

arrow Ətraflı
Niyə daim çay və ya qəhvə içmək istəyirik? like
  • 13 Noy 17:26  
Digərləri Niyə daim çay və ya qəhvə içmək istəyirik?

Daim çay və ya qəhvə içmək istəyinin bir neçə səbəbi ola bilər.

arrow Ətraflı
"Toppuş bacı"nın əri ondan qalan əşyaları PAYLAŞDI  FOTO like
  • 13 Noy 17:16  
Şou-biznes "Toppuş bacı"nın əri ondan qalan əşyaları PAYLAŞDI FOTO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal ondan qa

arrow Ətraflı
"İkinci evliliyə pis baxıram, boşansam, ailə qurmayacağam"  VİDEO like
  • 13 Noy 17:00  
Şou-biznes "İkinci evliliyə pis baxıram, boşansam, ailə qurmayacağam" VİDEO

Aktrisa və ARB telekanalının aparıcısı Aynur Sevgi ikinci dəfə ailəqurm

arrow Ətraflı
Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib  Riç Lesser like
  • 13 Noy 16:59  
Digərləri Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib Riç Lesser

COP29 kimi böyük və vacib bir tədbiri qısa müddətdə planlaşdırmağın

arrow Ətraflı
Ən çox yaşayan like
  • 13 Noy 16:54  
Digərləri Ən çox yaşayan

İt almaq istəyən şəxs ilk növbədə təklif olunan şəraitdə ev heyvanı

arrow Ətraflı
Trampın böyük oğlu vəzifəsindən like
  • 13 Noy 16:43  
Dünya Trampın böyük oğlu vəzifəsindən

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın böyük oğlu kiçik Donald

arrow Ətraflı
COP29 inkişaf etməkdə olan ölkələr üçün şərait yaradır  Keniyanın Baş naziri like
  • 13 Noy 16:41  
Digərləri COP29 inkişaf etməkdə olan ölkələr üçün şərait yaradır Keniyanın Baş naziri

COP29 Afrika qrupunun inkişaf etməkdə olan ölkələri üçün iqlim məqsəd

arrow Ətraflı