90 yaşlı kişinin ibrətamiz əhvalatı Ağvalideynliyin acı nəticəsi
Digərləri 19 Yan 2023 22:20:00 313 0
İnsanların qəlbində olan qarşılıqlı məhəbbət hissi Allahın bizə bəxş etdyi bir nemətdir. Bu nemət sayəsində insan nəsli davam edir, valideyn bu nemət hesabına öz övladına diqqət ayırır. Övlad nə qədər nankor və diqqətsiz olsa belə valideyndəki bu hissə zərər gəlmir. Çünki belə olmasa heç bir valideyn öz könül xoşluğu ilə övladları üçün əziyyət çəkməz, onlar üçün dəridən-qabıqdan çıxmaz.
Bu xəbəri də oxu: Agentlik sədrinə müavin təyin olunan Xəyyam Məmmədov kimdir?
Bu insanlıq məhəbbəti olmasa ailələr davamlı olmaz, insanlar da digər canlılar kimi pərakəndə yaşayar. Hətta bütün canlılarda bu hiss vardır. Çünki dünyaya gəlmiş körpə balanı "ananın" məhəbbəti, "atanın" diqqət və fədakarlığı diri tutur. Demək olar ki, insan da daxil olmaqla bütün canlılar bu cürdür.
Təəssüf ki, bu cür qarşılığlı məhəbbət davamlı olması hər zaman müşahidə olunmur. Bütün canlılarda müşahidə olunan mənəmlik hissi buna maneə olur. İstər insan olsun, istər digər canlı etdiyi fədakarlıq və məhəbbəti müqabilində diqqət və ehtiram görmədikdə daxilində olan məhəbbət tam başqa bir hisslə əvəz olur. Başqa bir hiss ona görə deyirik ki, bunu nə bir adla, nə də bir sözlə ifadə etmək olmur.
Ayətullah Müctəhidi Tehrani bu mövzuda ibrətamiz bir hadisə danışır:
"Hər kim ata-anasına ehtiramsızlıq edərsə nə dünyada, nə də axirətdə xeyir görməz!
Bir yaşlı kişi vardı. Onun 90-a yaxın yaşı vardı. Nə bir övladı vardı, nə də bir ailəsi olmuşdu. O çox çətin və kədərli bir ömür sürmüşdü.
Eşitdim ki, gənc yaşlarında atası ona nifrin edib və belə deyib:
-Görüm səni heç vaxt qadın, uşaq, ev, ailə sahibi olmayasan!
Kişi 90 ilə yaxın ömür sürüb, amma hələ də ondan narazı olan atasının nifrininin təsirindən xilas olmayıb."(Təriqe-dust kitabı. Səh-18)
Bəli valideyin haqqı çox ağırdır. Heç nə ilə ödənməz. Allah Təala valideyn üçün elə bir hüquq, haqq təyin edib ki, bütün dünya nemətlərin versən belə bu haqqın əvəzi ödənməz.
Allah Rəsulu (s) "Atanın qəzəbi Allahın qəzəbidir" deyə buyurub.
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha ü�
19 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na
Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə
Valideynə yaxşılıq etməyin müsbət nəticələrindən biri də canverməni
Hamiləlik zamanı qrip, respirator virusların keçirilməsinin uşağa hansıs
Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.
Düzgün dəmlənmiş təbii çay susuzluğu yatırır, xolesterini aşağı sal
Bakının Binəqədi rayonunda azyaşlının oğurlanması barədə sosial şəb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kubanı
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parl
Uşağın tərbiyəsində olduqca faydalı və təsirli üsullardan biri də onu
İslam dini valideynə hörmət etməyi, onlara tabe olmağı vacib bilib. Hətt
Yaşlı insanlarda beyin hüceyrələrinin məhv olunması və zədələnməsi n
Bəzən fiziki tənbehin əlacı olmayan zərərləri olur. O cümlədən:
İnsan heç olmasa həftədə 3 dəfə balqabaq yeməlidir.