Putin həyatını bu film dəyişibmiş


Digərləri 24 Mar 2025 16:02:00 152 0

Putin həyatını bu film dəyişibmiş

Rusiya prezidenti Vladimir Putin onu kəşfiyyat orqanlarında işləməyə nəyin vadar etdiyindən danışıb.

Son.az xəbər verir ki, Rusiya lideri TASS-a müsahibəsində hələ məktəbi bitirməmiş kəşfiyyata getmək istədiyini etiraf edib.

Putin bunun "Qalxan və Qılınc" filmi sayəsində baş verdiyini bildirib.

Onun sözlərinə görə, gəncliyində bu, Marsa uçuş kimi əlçatmaz bir şey kimi görünürdü. Putin həm də dənizçi, pilot olmaq istəyib və Leninqradda Mülki Aviasiya Akademiyasına daxil olmağı planlaşdırıb: "Ancaq sonra "Qalxan və Qılınc" kimi kitablar və filmlər öz işini gördü", - Putin vurğulayıb.

Prezident qeyd edib ki, o, bir nəfərin minlərlə insanın taleyini necə həll etdiyinə heyran olub.