Ermənistanda məhkəmə Sarqsyan barədə qərar verdi


Digərləri 10 Eki 2025 22:04:00 86 0

Ermənistanda məhkəmə Sarqsyan barədə qərar verdi

Ermənistanın Antikorrupsiya Məhkəməsi keçmiş prezident Serj Sarqsyan barəsində ölkədən çıxış qadağasını ləğv edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə eyni zamanda qətimkan tədbirini - 30 milyon dram (təxminən 75 min dollar - red.) həcmində girovu dəyişməz olaraq saxlayıb.

Xatırladaq ki, prokuror sentyabrın 2-də müdafiə naziri işlədiyi dövr ərzində torpaq sahələrin mənimsənilməsi işi çərçivəsində keçmiş prezidentdən təxminən 4 milyard dram (təxminən 10.4 milyon dollar - red.)) məbləğində pul alınmasını tələb etmişdi.


Habere ait fotoğraflar