Qışda teztez içirik amma hər qurtumu zəhər saçır


Digərləri 11 Eki 2025 01:01:00 92 0

Qışda teztez içirik amma hər qurtumu zəhər saçır

Temperaturun enməsi ilə tənəffüs yolu infeksiyaları mövsümü başlayıb.

Son.az xəbər verir ki, İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin həkimi Prof. Dr. Alper Şener bu dövrdə çoxlarının istehlak etdiyi qış çayları barədə ciddi xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, yanlış saxlanılan və keyfiyyətsiz qış çaylarında göbələk əmələ gələrək aflatoksin adlı zəhərli maddə yaradır. Bu toksin qaraciyər xərçənginə və uzun müddət istifadə olunduqda böyrək çatışmazlığına səbəb ola bilər.

"Qış çaylarını alarkən mütləq 'aflatoksin üçün test edilmiş' etiketi olan məhsullara üstünlük verin. Açıq şəkildə satılan və uzun müddət saxlanılan çaylar sağlamlığa ciddi zərər verə bilər," - deyə Prof. Şener bildirib.

Soyuq havalarda artan qrip, RSV və koronavirus hallarına toxunan mütəxəssis, insanların bəzən səhvən antibiotik qəbul etdiyini, lakin bu dərmanların viruslara qarşı heç bir təsiri olmadığını vurğulayıb.

"Antibiotiklər viruslara təsir etmir. 65 yaşdan yuxarı şəxslər peyvəndlərini vaxtında vurdurmalı, xüsusən də 75 yaşdan yuxarı olanlar hər iki ildən bir RSV peyvəndi qəbul etməlidirlər."

"Qış çaylarını bir aydan çox saxlamaq olmaz"

Prof. Şener bildirib ki, qış çaylarının tərkibindəki bitkilər uzun müddət saxlandıqda mikroskopik göbələklərin çoxalması üçün əlverişli şərait yaradır: