Birdən çox partnyoru olmaq qadınlarda xərçəng yaradırmış
Digərləri 10 Eki 2025 23:00:00 78 0
Üç və daha çox doğuş qadınlarda uşaqlıq boynu xərçəngi riskini artırır.
Bu haberi de oku: Qırmızı ət sevənlərə XƏBƏRDARLIQ: Fərqində olmadan zədələyə bilərsiniz
Son.az xəbər verir ki, bu barədə açıqlamasında rusiyalı mama-ginekoloq Nadejda Petrunina məlumat verib.
Həkimin sözlərinə görə ən böyük risk qrupuna papilloma virusuna (HPV) yoluxmuş qadınlar, cinsi həyata erkən başlayan və ya bir neçə cinsi partnyoru olanlar, siqaret çəkənlər, həmçinin immun sistemi zəif olan şəxslər daxildir.
Petrunina əlavə edib ki, barier kontraseptivlərdən istifadə etməmək HPV-yə qarşı qorunmanı azaldır, çoxsaylı doğuşlar və uşaqlıq boynuna edilən cərrahi müdaxilələr isə xərçəng riskini artırır.
"Xəstəliyin erkən mərhələlərində qadınlar çox vaxt heç bir simptom hiss etmir. Bəzi hallarda qanlı və ya xoşagəlməz qoxulu ifrazat müşahidə oluna bilər, amma bu əlamətlər hər zaman xərçənglə bağlı olmur," - deyə həkim qeyd edib.
Mütəxəssis qadınlara mütəmadi olaraq onkoloji skrininqdən keçməyi tövsiyə edib. Bu skrininq maye sitologiyası (Pap testi) və insan papilloma virusuna (HPV) analizdən ibarətdir.
İsmayıl Son.az