“Qadın” hormonu kişiləri stressdən qoruyurmuş


Digərləri 10 Eki 2025 19:00:00 85 0

“Qadın” hormonu kişiləri stressdən qoruyurmuş

"Qadın" hormonu kişiləri stress və depressiyadan qoruyurmuş.

Son.az xəbər verir ki, estrogen hormonu adətən "qadın hormonu" hesab edilsə də, kişilərin beynini stress və depressiyadan qoruyur.

Bu nəticəyə beynəlxalq neyrobioloqlar qrupu gəlib, araşdırma "Molecular Psychiatry" jurnalında dərc olunub.

Qrupun rəhbəri Polimniya Georgiu və komandası müəyyən edib ki, kişilərdə testosteronun bir hissəsi aromataza fermenti vasitəsilə aktiv estrogen formasına, yəni 17β-estradiola çevrilir. Təcrübələr göstərib ki, bu hormon stressə məruz qalan siçanlarda depressiyaya bənzər davranışın qarşısını alır.


Habere ait fotoğraf