Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı İki il sonra


Digərləri 10 Eki 2025 18:18:00 90 0

Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı  İki il sonra

Azərbaycan Yüksəliş Partiyasının sədri (ləğv edilib-red) Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Prokurorluq belə qərar qəbul edib.

Yeni qərarla iş üzrə istintaq yenilənib. Anar Əsədliyə CM-nin 178.3.2-ci ( dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onun vəkili Hikmət Əliyev saytımıza məlumatı təsdiq edib.

Xatırladaq ki, A.Əsədli 2023-cü ilin mayında ev dustaqlığına buraxılmışdı. Bundan sonra cinayət işinə xitam verilmişdi. Son.az