İllərdir zərərli olduğu deyilirdi, həkim təkzib etdi Ziyansızdır


Digərləri 10 Eki 2025 22:00:00 89 0

İllərdir zərərli olduğu deyilirdi, həkim təkzib etdi  Ziyansızdır

Yeməyi içki ilə içməyin zərərli olduğu fikri mifdir.

Son.az xəbər verir ki, rusiyalı endokrinoloq və dietoloq, tibb elmləri namizədi Oksana Mixaleva açıqlamasında bunun sadəcə mif olduğunu bildirib.

"Yeməyi su, çay və ya kofe ilə içməyin mədə üçün zərərli olduğu barədə geniş yayılan fikir elmi əsaslara söykənmir".

"İddia olunur ki, içki yeməklə birlikdə qəbul edildikdə mədədəki duz turşusunu "seyrəldir" və həzmi pozur. Amma bu doğru deyil. Mədə turşusu həmişə həzmin tələbinə uyğun miqdarda ifraz olunur.

"Əgər içki ilə qidanı içsək, mədə sadəcə bir az daha çox turşu istehsal edəcək, bu da həzmi pozmayacaq. Əksinə, qidanın daha yaxşı qarışmasına və asanlıqla həzm olunmasına kömək edəcək," - deyə Mixaleva izah edib.