Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
Digərləri 11 Eki 2025 00:03:00 88 0
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür.
Bu haberi de oku: Sabah Bakıda 24 dərəcə isti olacaq
Son.az-ın məlumatına görə, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədib.
Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.