Şəhid atasının təzyiq iddialarına aydınlıq gətirildi Rəsmi
Digərləri 10 Eki 2025 19:03:00 86 0
Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciətləri yayılıb.
Bu haberi de oku: Gələn il Həccə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri açıqlandı
DİN-dən Son.az-a verilən məlumata görə, oktyabrın 4-də "BMW X6" markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı "102" Xidmətinə vətəndaş şikayətləri daxil olub.
Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb.
Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb.