Bu ərazilər üzrə pensiyalar TAM ÖDƏNİLDİ


Digərləri 10 Eki 2025 12:32:00 100 0

Bu ərazilər üzrə pensiyalar TAM ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

Bu barədə Son.az-aa Nazirlikdən məlumat verilib.

Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.