Ola bilər ki, icra başçısının həbsi Ramiz Mehdiyevlə əlaqəli olsun Balakənin deputatı danışdı


Digərləri 30 Eki 2025 16:19:28 88 0

Ola bilər ki, icra başçısının həbsi Ramiz Mehdiyevlə əlaqəli olsun  Balakənin deputatı danışdı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İslam Rzayevlə bərabər bir neçə digər rəsmi şəxs saxlanılıb. Son.az xəbər verir ki, məsələ ilə bağlı Balakən rayonundan Milli Məclisin deputatı seçilən Nəsib Məhəməliyev açıqlama verib. 

Nəsib Məhəməliyev bildirib ki, ehtimallarla bağlı danışmağı sevmir:

"İcra başçısı ilə münasibətlərimiz sırf rəsmi çərçivədə olub. Ola bilər ki, bu məsələ Ramiz Mehdiyevlə əlaqəli olsun. Ramiz Mehdiyevlə bağlı mətbuatda kifayət qədər məlumat var və indiki halda heç nəyi istisna etmək olmaz. Mən insanların şəxsi həyatlarına və üçüncü tərəflərlə münasibətlərinə qarışmıram.