Yasamalda internetin adı var, özü yox ŞİKAYƏT
Digərləri 30 Eki 2025 19:39:00 82 0
Yasamal rayonu Lev Tolstoy küçəsində bəzi evlərdə 20 gündür internet yoxdur.
Bu haberi de oku: "DanceAbility Azerbaijan" Bakıda "Art Weekend" çərçivəsində inklüziv performans və tamaşa təqdim edəcək VİDEO FOTO
Son.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ödəniş olsa da xidmətdən istifadə edə bilmirlər.
Sakinlər iddia edirlər ki, 3 həftə əvvəl həmin ərazidə söküntü işləri aparılıb. Həmin müddətdə internet kabelləri kəsilib:
"Ödənişi bir gün gecikdirəndə internetimizi kəsirlər. İndi biz 1 aya yaxındır internetsiz qalmışıq, amma baxan yoxdur. Günü günə satırlar, ortada bir şey yoxdur".
Bəs internet nə vaxt bərpa olunacaq?
Məsələ ilə bağlı Aztelekom və Baktelekom Məhdud Cəmiyyətlərindən bildirildi ki, sözügedən problem araşdırıldıqdan sonra məlumat veriləcək.
Asya Hüseyn Son.az

